Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


16.03.2020  19:16 

“ASAN xidmət“in əməkdaşları evdən işləyəcək





A+  A-

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə mövcud durumla bağlı aldığı qərarları rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində də iş rejimində əsaslı dəyişikliklər edilib.
Bu barədə XəzərNews.az-a Dövlət Agentliyindən məlumat verilib.

Dövlət Agentliyinin və tabeliyində olan qurumların ("İnnovasiyalar Mərkəzi", "Elektron Hökumətin İnkişafı Mərkəzi", "ABAD") əməkdaşlarının sağlamlığına olan təhlükənin aradan qaldırılması və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla “işlərin evdən idarə olunması” (work from home) sisteminin tətbiqi reallaşdırılıb. Belə ki, Dövlət Agentliyinin daxilində yaradılmış “Böhran qrupu”nun nəzarəti altında "Məişət şəraitində iş rejimi üzrə Təlimat" hazırlanıb və əməkdaşların həmin Təlimatla tanışlığı təmin edilib.

Əməkdaşlar evdən işin təmin edilməsi məqsədilə hazırlanmış Təlimatı yerinə yetirməklə iş prosesini əvvəlki qaydada həyata keçirə bilərlər. Koronavirus pandemiyasına qarşı təhlükəsizliyin təmin edilməsi məqsədilə "Google", "Microsoft", "Twitter", "Apple", "Amazon" kimi nəhəng şirkətlərdə də tətbiq olunan bu model böhran şəraitlərində işin effektivliyini təmin edir.

Xəbər 3283 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +