Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq
İcra başçılarının milyonlar köçürdüyü şirkət kimindir?
Şəfəq Novruz bu paylaşımı ilə diqqət çəkib
TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib
Gələn il pensiyalar nə qədər artacaq?


27.12.2018  13:02 

Çavuşoğlunun Qarabağ bəyanatı İrəvanı silkələdi





A+  A-

Türkiyə Qarabağ prosesində heç nə edə bilməz.
XəzərNews.az xəbər verir ki, bu sözləri Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Ermənistanın təcrid vəziyyətindən çıxması üçün Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atmasının gərəkdiyi barədə bəyanatına münasibət bildirərkən deyib.

Şarmazanovun sözlərinə görə, Türkiyə XİN Ermənistan-Türkiyə münasibətlərini birbaşa olaraq Qarabağ münaqişəsinin həllinə bağlamaqla təhlükəli bəyanatla çıxış edib.

“İlk olaraq Qarabağ münaqişəsinin tənzimlənməsi və Ermənistan-Türkiyə münasibətləri – iki fərqli prosesdir və onların bir-biri ilə əlaqələndirilməsi yolverilməzdir. İkincisi, Ermənistanın yeni hakimiyyəti Çavuşoğlunun bu bəyanatlarına kəskin reaksiya verməlidir. Üçüncüsü, Türkiyənin Qarabağ prosesində edə biləcəyi heç nə yoxdur. Bunun üçün ATƏT-in həmsədrləri var. Dördüncüsü – Qarabağın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması zaman məsələsidir. Beşincisi – Türkiyənin ön şərt irəli sürməsi qınanmalıdır. Bəs siz deyə bilərsiniz niyə bizim rəhbərlik susur?” - Şarmazanov bildirib.

Qeyd edək ki, Paşinyan Türkiyə ilə əlaqələrin yaradılması üçün heç bir ilkin şərt irəli sürülmədən danışıqlara hazır olduğunu bəyan edib. Ötən gün isə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Ermənistanın işğal etdiyi ərazilərdən hərbçilərinin çıxarılmasının danışıqların başlaması üçün şərt olduğunu açıqlayıb.

Türkiyə Ermənistanla bütün diplomatik-siyasi və ticari münasibətləri 1993-cü ildə dayandırıb və sərhədi bağlayıb. Buna səbəb isə Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal etməsidir.

Xəbər 3293 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +