Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


13.12.2018  18:11 

NATO və Rusiya bu ölkədə ölüm-dirim savaşına çıxır





A+  A-

Balkan yarımadasının ən problemli ölkəsi – Bosniya və Hersoqovina Rusiya ilə NATO arasında mübarizə meydanına çevrilə bilər.
XəzərNews.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.

Çernoqoriyanın NATO-ya üzv olmasından sonra Şimali Atlantika Alyansı bu dəfə diqqətini Bosniya və Hersoqovinaya doğru yönəldib. Alyans 1995-ci ildə ilk xarici əməliyyatını məhz bu ölkədə həyata keçirib.

Həmin vaxt vətəndaş müharibəsinin getdiyi Bosniya və Hersoqovinada müsəlman boşnaklar, pravoslav serblər və katolik xorvatlar arasında qanlı döyüşlər gedirdi. Münaqişə 100 mindən artıq insanın ölümü ilə nəticələnmişdi. Etnik gərginlik bütün tarix boyu bu ölkəyə xasdır.

Bundan başqa, NATO-ya üzv ölkələrin Xarici İşlər nazirliklərinin Alyansa üzvlüklə bağlı proqramı yenidən aktivləşdirməsi də əlavə gərginlik yaradıb.

Bosniyalılar və xorvatların NATO-ya isti baxdığı məqamda pravoslav serblər hərbi bloka qarşıdırlar. Serb icmasının lideri Milorad Dodek və Bosniya müsəlmanlarının rəhbəri Şefik Ceferoviç arasında bu xüsusda problem var. Ceferoviçin mövqeyini xorvatların lideri Jelko Komşiç də bölüşür.

“Bloomberg”in fikrincə, NATO Balkan bölgəsində Rusiyanın təsiri ilə mübarizə aparır. Moskva isə onun bu ərazilərdə genişlənməsini istəmir. Artıq Sloveniya, Xorvatiya və Çernoqoriya alyansın üzvləridir, Makedoniya isə iyunda NATO-ya qoşulmaq təklifi alıb.

Xəbər 3142 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +