Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq
İcra başçılarının milyonlar köçürdüyü şirkət kimindir?
Şəfəq Novruz bu paylaşımı ilə diqqət çəkib
TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib
Gələn il pensiyalar nə qədər artacaq?


07.12.2018  13:41 

Deputat özəl telekanalların bağlanmasını təklif etdi





A+  A-

Deputat Aqil Abbas Azərbaycanda fəaliyyət göstərən özəl kanalların bağlanmasını təklif edib.
XəzərNews.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat bildirib ki, özəl kanallar əxlaqsızlığı yayır: “Yaxşı ki, AzTv, İTV və Mədəniyyət kanalı var. Adamlar nəyəsə baxa bilir. Bu gün dünyada kimsə bizə baxanda deyir ki, görəsən, belə də millət var imiş?! Kim kimin başını qırxdı, kim qaynanası ilə dalaşdı, bütün ailə məsələləri açılıb tökülür. Ya da həkim məsləhətləri verilir. Bizim bunlardan başqa dərdimiz yoxdur? Hətta Qarabağ məsələsi tamam yaddan çıxıb. Gövhər xanım deyir ki, rus məktəblərinə niyə uşaqları qoyursuz? Camaat da ona görə qoyur ki, heç olmasa uşaqlar rus dilini öyrənib rus kanallarına baxa bilsin. Telekanallara senzura qoymaq məsələsi bütün dünyada var. Hətta Türkiyədə də belə hadisələr baş verir. Bir həftəliyinə, on günlüyünə, bir aylığına televiziyanın efir vaxtı məhdudlaşdırılır. Ona görə də Milli Teleradio Şurasına da senzura ilə bağlı səlahiyyət verə bilərik”.

Xəbər 3295 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +