Əli Əsədov Oleg Belozyorov ilə görüşdü
Qızıma müəyyən bənzərliyi olsa da... - Xanım deputat
ABŞ-da Uitkoff qalmaqalı: İstefaya göndəriləcəkmi?
Jurnalist Fateh Altaylıya hökm oxundu
“ATV“ kanalına xəbərdarlıq edildi - Səbəb?
Pakistanın keçmiş baş naziri İmran Xan öldürülüb
Deputatın qızı xristianlığı qəbul edib?
Azərbaycanın tələbi ilə dəyişiklik etməyəcəyəm - Tatoyan
Binəqədidə marketlərdən quldurluq ediblər
Qurban Qurbanov ölkədən çıxan kimi.... - AFFA iclas keçirir


08.02.2018  15:36 

Avropada “yay” vaxtına keçidi ləğv etmək istəyirlər





A+  A-

Avropa Parlamentinin 80-ə yaxın deputatı Avropa İttifaqı ölkələrində “yay” və “qış” vaxtlarına keçid rejiminin ləğv olunması məsələsini Assambleyanın müzakirəsinə çıxarmaq niyyətindədir.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, məsələnin fevralın 8-də Avropa Parlamentinin Strasburqda keçiriləcək plenar iclasında səsverməyə çıxarılması gözlənilir. Təklifin təşəbbüskarlarının fikrincə, saatın çəkilməsi iqtisadi baxımdan özünü doğrultmur və insanların narahatlığına səbəb olur.

Avropa İttifaqında “yay” və “qış” vaxtlarına keçid Avropa Parlamentinin və Aİ Şurasının 2000/84/EG göstərişi ilə tənzimlənir. O, Avropa İttifaqının bütün ölkələrində “yay” vaxtının başlanğıcının martın son bazar günü və sonunun oktyabrın son bazar günü olduğunu müəyyənləşdirir. Saatın əqrəblərinin çəkilməsinin məqsədəuyğunluğu ətrafında mübahisələr onun həyata keçirildiyi vaxtdan bəri davam edir. Hələ XX əsrin sonlarında “yay” vaxtının iqtisadi effektinin cüzi olduğu aydınlaşıb.

Asiya, Afrika və Cənubi Amerikanın bəzi ölkələri bu praktikadan imtina etsə də, Avropada və Şimali Amerikada hələ də tətbiq edilir.

Xəbər 2976 dəfə oxunub.




26.11.2025  12:22 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +