Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq
İcra başçılarının milyonlar köçürdüyü şirkət kimindir?
Şəfəq Novruz bu paylaşımı ilə diqqət çəkib
TDT media və informasiya üzrə işçi qrupunun iclası keçirilib
Gələn il pensiyalar nə qədər artacaq?


15.08.2017  12:54 

600-dən çox bal topladılar, amma universitetə qəbul olmadılar





A+  A-

Bu il qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan 4 nəfər ali təhsil müəssisələrinə qəbul ola bilməyib.
XəzərNews.az xəbər verir ki, bu barədə AzVision.az-a təhsil eksperti Kamran Əsədov məlumat verib. O bildirib ki, III ixtisas qrupunda 660-dan yuxarı bal toplayan 2 nəfər, IV ixtisas qrupunda isə 620-dən yuxarı bal toplayan bir nəfər, 640-dan yuxarı bal toplayan bir nəfər kəsilib. Bunlar Azərbaycan bölməsinin abituiyentlərdir.

“I ixtisas qrupunda 500 baldan yuxarı 2 nəfər, 400 baldan yuxarı 4 nəfər, II ixtisas qrupunda 430 baldan yuxarı 3 nəfər, 400-dən yuxarı 16 nəfər, III ixtisas qrupunda 500 baldan yuxarı 14 nəfər, 400 baldan yuxarı 57 nəfər, IV ixtisas qrupunda isə 500 baldan yuxarı 17 nəfər, 400 baldan yuxarı 51 nəfər kəsilib”.

K.Əsədov qeyd edib ki, buna səbəb abituriyentlərin düzgün ixtisas seçimi etməmələridir: “Onlar kodlaşdırma zamanı keçən ilki balları əsas götürüblər. Orada bal nisbidir. Keçən il ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər az idi. Bu il iki dəfə imtahan olduğu üçün abituriyentlərin nəticələri yüksəlib. Hər zaman valideynlərə bildirirdim ki, təkcə ötən ili deyil, 2 il əvvəlki nəticələrə də baxın.

III ixtisas qrupunda 660 baldan yuxarı toplayanlar Hüquq fakültəsinin ödənişsizini yazıblar. Bu il isə Hüquqda keçid balı 671 oldu. Onlar isə 669 balla kəsildilər. I ixtisas qrupunda 350 baldan yuxarı 23 nəfər, II ixtisas qrupunda 350 baldan yuxarı 31 nəfər, III ixtisas qrupunda 350 baldan yuxarı 192 nəfər, IV ixtisas qrupunda 350 baldan yuxarı 73 nəfər kəsilib. Biabrçı vəziyyətdir”.

Xəbər 2909 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +