Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


15.08.2017  09:18 

“Aqrolizinq”in hesabdarı yoxa çıxıb - Polis axtarır





A+  A-

“Aqrolizinq” ASC-nin Şabran filialının qeyri-rəsmi hesabdarı Əmirsoltan Əhmədov 10 gün əvvəl itkin düşüb.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, 6 uşaq atası olan 1963-cü il təvəllüdlü Ə.Əhmədov avqustun 4-də səhər Şabranın Ağalıq kəndindəki evindən işə getmək adı ilə çıxıb. Amma geri qayıtmayıb. Ə.Əhmədovun yaxınları onun itkin düşməsi ilə bağlı Şabran rayon Polis İdarəsinə məlumat veriblər. Şabran rayon Polis İdarəsindən deyiblər ki, hazırda Ə.Əhmədovun axtarışları davam etdirilir.

“Aqrolizinq” ASC-nin Şabran filialının müdiri Radik Məmmədov deyib ki, Ə.Əhmədov onun yaxınlarının iddia etdiyi kimi avqustun 4-də işə getməyib. R.Məmmədov Ə.Əhmədovun itkin düşməsi ilə bağlı bunları bildirib: “Avqustun 4-də Əmirsoltan kənddə olub, amma işə gəlməyib. O çox yaxşı kişi idi. Onun evində nəsə problemləri vardı. Hüquq mühafizə orqanları onu 7 gündür ki, axtarırlar. O bizdə gözətçi kimi işə götürülüb, mühasib kimi kömək edirdi. Bizdə ümumiyətlə mühasib ştatı yoxdur. O, saymağa, yazmağa kömək edirdi. Bizim hesabımız yoxdur ki, mühasibimiz də olsun. Biz camaata əkin-biçinlə bağlı kömək edirik, texnika veririk. Onun qızının toyu olmalı idi, görünür nəsə problem olub”.

Ə.Əhmədovun qardaşı Famil Əhmədov isə qardaşı itkin düşməzdən bir gün öncə ona müəmmalı zəng gəldiyini deyib: “Qardaşım avqustun 3-də bacımın evində oturub söhbət ediblər. Deyib-gülüblər. Ona zəng gəlib. Bundan sonra onun vəziyyəti 180 dərəcə dəyişib. Həmin nömrə də telefonundan silinib.

İtəndən 4 gün sonra mənim özümə dedilər ki, qardaşını Xaçmazda, filan kafedə görənlər olub. Polislə həmin kafeyə də getdik. Orada yemək paylayan xanım da təsdiqlədi ki, qardaşımı görüb.

Bir başqa xanım da var, onunla dostluq edib, onu da polis çağırıb dindirib, o da deyib ki, Əmirsoltanı görməyib”.

Xəbər 2879 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +