Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


24.05.2017  16:05 

Cocuq Mərcanlıda vəziyyət: “Çox xırda işlər qalıb“+VİDEO





A+  A-

Cəbrayıl rayonunun Ermənistanın işğalından azad edilən Cocuq Mərcanlı kəndində aparılan tikinti-quruculuq işləri başa çatıb. Bunu iş icraçısı Rafiq Əliyev bildirib.
Onun sözlərinə görə, yeni tikilən yaşayış evlərinin təmiri də yekunlaşıb və hazırda son tamamlama işləri görülür: “Çox xırda işlər qalıb. Bunlar da çılçıraqların və digər əşyaların quraşdırılmasıdır. Bundan başqa evlərin və həyətyanı sahələrin çəpərlənməsi də bitmək üzrədir”.

R.Əliyev əlavə edib ki, kəndə kommunal xətlərin çəkilməsi işləri də qısa müddətdə başa çatacaq: “Kəndarası işıq, su, qaz və telekommunikasiya xətlərinin çəkilişində son tamamlama işləri görülür. Kəndin məktəb binasının və məscidin tikintisi başa çatıb. Hazırda istilik sistemlərinin quraşdırılması aparılır. Evlərə verilən elektrik enerjisində fasilə yaranmaması üçün Cocuq Mərcanlıda yarımstansiya tikilir, elektrik xətləri kabel sistemi ilə çəkilir”.

Cocuq Mərcanlı kəndində ilkin mərhələdə 50 ev, bir məktəb binası və məscid tikilib.


(report.az)

Xəbər 2586 dəfə oxunub.




27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +