ADDA və GIZ EasTnT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Onlayn qumar əməliyyatı... – 7 nəfər həbs olundu
İcradan heç kim əraziyə gəlməyib - Jurnalist
Quduzluğa yoluxan suriyalı gənc öldü
Mardində bir ailənin 3 üzvü güllələndi
İranlı deputatların ayaqları göydə -İlginc fotolar
Akif Nağı onu məhkəmə ilə hədələyən müğənniyə cavab verdi
Prezident 2 fərman imzaladı
Jurnalistin intihar anonsu...-Borcum var
Zelenski ABŞ-a səfər edə bilər


06.11.2025  11:51 

Bu şəxslər cərimələnəcək





A+  A-

Vergi orqanında uçota alınmaq üçün qanunvericilikdə nəzərdə tutulan müddətdə ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

XəzərNews.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir.

Xəbər 689 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +