“Sülh” yoxsa “barışıq”?
Azərbaycan 6 ölkə ilə vizanı ləğv edir
Şimal-qərb küləyi əsəcək - HAVA
İcra başçısı köməkçisini də Bakıya gətirdi
Samirə Əfəndi təhqirlərə cavab verdi
ABŞ Ukraynaya silah satışını dayandırır
H5N5 quş qripi virusuna yoluxan xəstə öldü
Milli Məclisin növbəti plenar iclası başlayıb
Bakıda ana yeni doğulan uşağını dənizə atıb
Moskvada tələbə iki nəfəri yaraladı – Əslən azərbaycanlıdır – FOTO


26.05.2020  12:46 

Ukraynada 4 mindən çox tibb işçisi virusa yoluxub





A+  A-

Ukraynada koronavirusa yoluxan tibb işçilərinin sayı 4112-yə çatıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə naziri Maksim Stepanov açıqlama verib. O bildirilib ki, bu rəqəm ümumi yoluxma hallarının 20 faizini təşkil edir. Nazir bunu ölkənin səhiyyə sisteminin pandemiyaya hazırlıqsız olması ilə əlaqələndirib: “Bu ona görə baş verdi ki, başlanğıcda xəstəxanalarımız epidemiyaya hazır deyildi. Şəxsi qoruyucu vasitələrimiz, respiratorlarımız, maskalarımız yox idi. Həm də xəstələrin yerləşdirilmə yolları hesablanmadı. Xəstənin hara yerləşdirilməsi məsələsi epidemiyanın qızğın dönəmində müəyyən olundu. Bu, böyük bir problemdir, amma bunu təhlil etdik və addımlarımızı verilən nəticələr əsasında planlaşdırdıq”.

Stepanov, həmçinin qeyd edib ki, həkimləri lazımi vasitələrlə təmin etməklə yanaşı, onların xidmət zamanı istifadə etdikləri üç aylıq fərdi qoruyucu vasitələrinə də ehtiyacları var.

“Artıq bunun üçün lazım olan məbləği hesablayırıq. Bütün lazımı ehtiyat qoruyucu vasitələri dərhal xəstəxanalarda olmalıdır”,- deyə nazir bildirib.

Qeyd edək ki, Ukraynada 21 245 insan koronavirusa yoluxub, 623 nəfər xəstəlik səbəbindən həyatını itirib.



Xəbər 3385 dəfə oxunub.



25.11.2025  10:35 

Bakıda yaşayış evində yanğın

24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib


BÜTÜN XƏBƏRLƏR +