Ruslar Zaporojyada üç kəndi ələ keçirdi
Ərdoğan: “Rəbbim şəhidlərimizə rəhmət eləsin”
Dumanlı hava şəraiti 3 gün davam edəcək
Təyyarə qəzasında olan heyət açıqlandı - Siyahı
Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var


07.06.2022  08:59 

Ən yüksən nəticəni ONLAR göstərdi





A+  A-

II və III ixtisas qrupları üzrə 21-22 may 2022-ci il tarixlərində keçirilən qəbul imtahanlarında uğurlu nəticə göstərən abituriyentlərin adları açıqlanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı təhsil üzrə ekspert Kamran Əsədov paylaşıb.

Belə ki, II ixtisas qrupu üzrə ən yüksək nəticəni (394 bal) 2 nəfər – Bakı şəhəri, 7 saylı orta məktəbin və Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunları göstəriblər.
II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına Liseyin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 383.4 bal, birinci mərhələsində isə 295 bal toplayıb. Beləliklə II ixtisas qrupu üzrə ən yüksək nəticə 678.4 baldır.

III ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 391.2 bal toplayan Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbinin məzunu göstərib.

III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə Bakı şəhəri, 286 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın ikinci mərhələsində 387.3 bal, birinci mərhələsində isə maksimal olan 300 bal toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 687.3 baldır.

Xəbər 3470 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +