Mədəniyyət Nazirliyi ilə bağlı nə baş verir?
Təyyarənin göyərtəsində 20 nəfər olub - Açıqlama
DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə


02.12.2024  18:03 

“Bu Türkiyəyə qarşı təxribatdır”- Ersin Tatar





A+  A-



Xəzərnews.az Ulusal.az-a istinadən xəbər verir ki, Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar son dövrlərdə NATO-ya üzvlük məsələlərini gündəmə gətirən Cənubi Kiprin başçısı Nikos Xristodulidisi tənqid edib.

ŞKTR Prezident Administrasiyasından verilən yazılı açıqlamaya görə, E.Tatar N.Xristodulidisin Cənubi Kiprdə itirdiyi xalq dəstəyini yenidən qazanmaq üçün yeni gündəmlər yaratmaq istəyində olduğunu bildirib. O, yunan həmkarını “öz xalqını aldatmaqdan əl çəkməyə” və “müəyyən sahədəki reallıqları qəbul etməyə” çağırıb.

Cənubi Kiprin Avropa İttifaqına (Aİ) daxilolma prosesindəki kriteriyalara məhəl qoymadığını xatırladan E.Tatar NATO-ya üzvlük prosesinin isə fərqli olduğunu vurğulayıb. Xristodulidisin NATO məsələsində cəsarətli açıqlamalar verdiyini qeyd edən prezident NATO-nun Aİ kimi olmadığını və bu mövzuda Türkiyənin icazəsi olmadan heç bir siyasi qərarın qəbul edilməyəcəyini bildirib.

Ersin Tatar “Xristodulidisin bu mövzudakı açıqlamalarının əsas məqsədi NATO-nun ən əhəmiyyətli üzvlərindən biri olan Türkiyəyə qarşı addım atmaq cəhdidir. Cənubi Kipr Milli Mühafizə Ordusu Türkiyəyə qarşı çəkindirici güc olmaq xəyalı qurur. Türk Silahlı Qüvvələri 20 iyul 1974-cü ildə Kiprə sülh gətirdi. O xoşbəxt gündən bəri ənənəvi zehniyyətə baxmayaraq, qəhrəman türk əsgərinin mövcudluğu və çəkindirici gücü ilə adada sülh və əmin-amanlıq mühitini təmin edib” ifadələrini işlədib.

Xəbər 7490 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +