Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


12.08.2020  08:46 

Avropa İttifaqı Belarusu sanksiyalarla hədələdi





A+  A-

Avropa İttifaqı Belarusda keçirilən prezident seçkilərində zor tətbiqi, nəticələrin saxtalaşdırılması, əsassız həbslərə görə məsul şəxslərə qarşı tədbirlər görə bilər.
XəzərNews.az “Sputnik Belarus”a istinadən bildirir ki, bu barədə Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Aİ-nin 27 ölkəsinin XİN başçıları ilə razılaşdırılmış bəyanatında deyilir.

“Biz Belarusun siyasi rəhbərliyini gələcəkdə zorakılığın qarşısını almaq üçün cəmiyyətin geniş təbəqələri ilə əsl hərtərəfli dialoq qurmağa çağırırıq. Aİ demokratik, müstəqil, suveren, çiçəklənən və sabit Belarusun dəstəyini davam etdirəcək", - deyə Borrelin Aİ adından bəyanatında bildirilir.

Bəyanatda bildirilir ki, “hakimiyyət qeyri-mütənasib və qəbuledilməz zorakılıq tətbiq edib”. “Bundan başqa, yerli müşahidəçilərin etibarlı hesabatları seçki prosesinin beynəlxalq standartlara uyğun olmadığını göstərir”, - deyə sənəddə bildirilir.

Orada vurğulanır ki, Brüssel məhz bunun fonunda “Belarus hakimiyyətinin hazırkı vəziyyətin nizamlanması ilə bağlı hərəkətlərini qiymətləndirəcək və Aİ-nin Belarusla münasibətlərinin dərin təhlilini aparacaq”.

“Bu, digər məsələlərlə yanaşı, zorakılığa, əsassız həbslərə və seçki nəticələrinin saxtalaşdırılmasına görə məsul şəxslərə qarşı tədbirlərin görülməsini də əhatə edə bilər”, - deyə sənəddə bildirilir.

Bəyanatda vurğulanır ki, Belarusda insan hüquqları və qanunun aliliyi sahəsində irəliləyiş olmadan, Avropa İttifaqı və Minsk arasında münasibətlər pisləşə bilər. Həmçinin bəyan ediblər ki, Aİ respublikada xalq etirazları ətrafında vəziyyətin inkişafını diqqətlə izləyəcək, hakimiyyətin hərəkətlərini qiymətləndirəcək və Minsklə münasibətlərini təhlil edəcəklər.

Xəbər 3393 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +