Sabiq nazir həbs olundu
Ramiz Mehdiyevin “qara kassası“ üzə çıxdı - Ağır ittihamlar -FOTO
Müharibə hələ bitməyib, düşmən evimizi dağıtmağa gəlib -Nikzad
Sahibə Qafarova Misirə səfər edib -FOTO
Rövşən İsgəndərov azadlığa buraxılıb
TikTok“da vətəndaşların pulunu ələ keçirən saxlanılıb
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı
Direktor barəsində şikayəti qızı verib... - 100 minlik...
Vüqar Məmmədov həbs edilib
Məqsədimiz sülhü qazanmaq idi...- Hikmət Hacıyev


12.03.2024  09:56 

Ermənistan kəndlərimizi boşaltmasa...





A+  A-

Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması daim müzakirə predmetidir.

İddialara görə, Bakı-İrəvan danışıqlarında Qazaxın işğal altında qalan 7 kəndindən 4-nün – anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlinin qaytarılması məsələsi yenidən aktuallaşıb. Son günlər Ermənistanda da rəsmi dairələr və media bu məsələyə köklənib, ermənilərin ümumi ictimai rəyinə görə, kəndlər qaytarılacaq. Proqnozlara görə, 4 kənd birinci mərhələdə qaytarılır, digər 4 kənd - Qazaxın anklav olan 3 kəndi Sofulu, Yuxarı Əskipara və Bərxudarlı, Sədərəyin Kərki kəndinin qaytarılması (8 kəndlə bağlı iki mərhələli həll planın olduğu haqda hələ ötən ilin dekabrda yazmışdıq)ikinci mərhələdə müzakirə olunur.

Martın 7-də sərhəddə keçirilən görüşdən sonra Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın açıqlamasından aydın olur ki, Azərbaycan anklav olmayan 4 kəndin dərhal azad edilməsini tələb edir. Ermənistanla delimitasiya üzrə komissiyaya rəhbərlik edən baş nazirin müavini Şahin Mustafayevin adından yayılan rəsmi məlumatda da 4 kənd tələbi təsdiq edilir.

Xəzərnews.az xəbər verir ki, vəziyyəti Bakıvaxtı.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, hazırda Ermənistanın Qazaxın 7, Naxçıvanın isə Kərki kəndini Azərbaycana qaytarmaqdan baqşa yolu qalmayıb:

“Rəsmi İrəvan bu məsələləri uzatmaqla nəyə nail ola bilər ki? Bu gün Ermənistanın yalnız Azərbyacanın diktəsini yerinə yetirmək seçimi var, onun başqa seçimi yoxdur və digər seçimlər onu fəlakətə aparır. Ermənistan Statistika Komitəsi rəqəmlər açıqlayıb. Bu rəqəmlər Ermənistandakı vəziyyətin acınacaqlı olduğunu növbəti dəfə gözlər önünə sərir. Rəqəmlər göstərir ki, bu gün Ermənistanın seçim şansı qalmayıb. Bu gün Ermənistandan köçənlərin sayı, əvvəlki illərlə müqayisədə dəfələrlə artıb”.

Onun sözlərinə görə, eyni zamanda, bu hadisələrlə paralel olaraq, Ermənistanın dövlət büdcəsinin daxilmolmaları azalıb:

“Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsi konflikti fonunda bu rəqəmlərin daha da kritik həddə çatacağı gözlənilir. Belə olan halda Qazaxın kəndlərinin və Naxıçının Kərki kəndinin dərhal Azərbaycana qaytarılması zərurətə çevrilir. Delimitasiya Komissiyasının icaslı da intensiv şəkildə keçirilirsə, deməli bu məsələdə Ermənistan və havadarlarının rəsmi Bakıya şərt irəli sürmək kimi bir seçimi ola bilməz”.



Tural İsmayılov: Bu gün Ermənistanın yalnız Azərbyacanın diktəsini yerinə yetirmək seçimi var

T.İsmayılov qeyd edib ki, Azərbaycan kəndlərin ölkəmizə qaytarılmasına dinc yolla nail olmağa çalışır:

“Bu kəndlərin qaytarılması məsələsini başqa formada tələb edə bilərik. Ermənistan işğal etdiyi kəndlərimizi boşaltmasa, Azərbaycan hərbi əməliyyatlar keçirmək hüququnu özündə saxlayır”.

Xəbər 2799 dəfə oxunub.




01.11.2025  18:58 

Sabiq nazir həbs olundu

31.10.2025  19:00 

Vüqar Məmmədov həbs edilib

31.10.2025  17:20 

Muazzez Abacı infarkt keçirdi

31.10.2025  15:45 

SEPAH komandirinə sui-qəsd edildi

31.10.2025  11:42 

Ermənistanda İranın güc amili


BÜTÜN XƏBƏRLƏR +