Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


31.07.2019  11:07 

FED bu gecə faizləri açıqlayacaq





A+  A-

“Bu gün Bakı vaxtı ilə saat 22:00-23:00 arası ABŞ-da FED faiz qərarını açıqlayacaq, çox güman uçot dərəcəsi 0,25% aşağı çəkiləcək, bu da dünyada ticarət müharibələri ilə yanaşı valyuta müharibələrini də qızışdıracaq”.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə paylaşıb. O bildirib ki, FED-dən sonra dünyanın aparıcı ölkələri də uçot dərəcəsini aşağı çəkəcəklər ki, dollar qarşısında valyutaları bahalaşmasın:

“Çünki normal iqtisadiyyatı, real ixracı olan ölkələr öz valyutalarının möhkəm və baha olmasını istəmirlər.
FED qərarı bu dəfə də Azərbaycana birbaşa heç bir təsir etməyəcək, çünki bizdə iqtisadi institutlar yoxdur deyə məzənnə inzibatidir.

Qısa misalla izah etməyə çalışım: İnsanın immun sistemi sağlam olanda xəstəliklə bədən özü mübarizə aparır, orqanizm özü müqavimət göstərərək xəstəliyə qalib gəlir və xəstəlik zamanı içilən dərmanlar ancaq köməkçi rolu oynayırlar. İmmun sistemi zəif olan orqanizmlər isə daim dərman atırlar ki, xəstələnməsinlər, amma bu da kömək olmur, xəstələnirlər və bu zaman da çox ağır antibiotiklər qəbul etməyə məcbur olurlar. Ağır dərmanlar müvəqqəti effekt yaradır, amma immun sistemi daha da zəiflədir, orqanizmə orta və uzun vadədə ciddi mənfi təsir göstərir.

İqtisadi institutlar ölkələrin imun sistemidir, yaranan problemləri iqtisadi qanunlara uyğun tənzimləyir və həll edir, institutlaşmayan ölkələrdə isə hər problemin həlli dövlət müdaxiləsi tələb edir, bu müvəqqəti effekt yaradır, amma orta-uzun vadədə ölkəyə ciddi ziyan vurur.

Bu gün manatla bağlı yaranan sabitlik "vurulan antibiotiklə" bağlıdır, orqanik deyil, müvəqqətidir və bu "iynələr" ölkə iqtisadiyyatında imun sisteminin yaranmasına mane olur. Ona görə də orta-uzun vadədə bu "iynələrin" yeri ağrıyacaq, şişəcək, daha ağır əməliyyatla (növbəti gecəlik devalvasiyalar ilə) müdaxilələri qaçılmaz edəcək”.



Xəbər 3322 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +