Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


12.04.2019  19:51 

Azərbaycan Latviyaya 250 min dollarlıq fındıq ixrac edəcək





A+  A-

“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədi ilə Riqaya təşkil edilmiş ixrac missiyası başa çatıb. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə həyata keçirilən ixrac missiyasına şərab və digər spirtli içkilər, qida və tekstil məhsullarının istehsalı, habelə turizm sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxil idi.
XəzərNews.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan sahibkarları potensial alıcılarla görüşlər keçirib, məhsulların ixrac imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparıblar. Aparılan müzakirələrin nəticəsi olaraq, Azərbaycanın "Azhazelnut" və Latviyanın "Alisco" şirkətləri arasında 250 min ABŞ dolları dəyərində fındıq məhsulunun Latviyaya ixracına dair müqavilə imzalanıb.

Azərbaycanın “Mars Fk” və Latviyanın “Auglu Serviss” şirkəti arasında nar məhsulunun ixracına dair ilkin razılıq əldə olunub.

Bununla yanaşı, ixrac missiyasına daxil olan bir sıra Azərbaycan şirkətləri Hindistan və Latviya şirkətləri və supermarketler şəbəkələri ilə məhsul ixracı və satışı barədə danışıqlar aparıblar.

Bundan əlavə, “Turizm.az” şirkəti ilə Latviyadan olan şirkət arasında turist qrupunun ölkəmizə səfərinin təşkili ilə bağlı ilkin razılıq əldə olunub.

Xəbər 3203 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +