Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


26.02.2018  15:23 

Mərkəzi Bankdan yenilik





A+  A-

Mərkəzi Bankın Banklararası Kart Mərkəzi infrastrukturunun ən son PCI-DSS standartlarına cavab verdiyi təsdiq edilib.
XəzərNews.az Mərkəzi Banka istinadən xəbər verir ki, müasir texnoloji nailiyyətlər əsasında yaradılan BKM ölkədə emissiya olunan ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin tam şəkildə ölkə daxilində həyata keçirilməsini və eyni zamanda, ödəniş kartları bazarında səmərəli və çevik tarif siyasətinin tətbiqini təmin edir.

Bu səbəbdən BKM vasitəsilə ötürülən kart məlumatlarının təhlükəsizliyinə və biznes proseslərin davamlılığına əminliyin yüksəldilməsi məqsədilə sistemin beynəlxalq kart təşkilatları tərəfindən müəyyənləşdirilmiş PCI DSS – “Payment Card Industry Data Security Standards” (ödəniş kartı sahəsində məlumatların təhlükəsizliyi standartları) tələblərinə uyğunluğu üzrə audit həyata keçirilib. Keçirilmiş audit yoxlamaları nəticəsində BKM infrastrukturunun PCI-DSS v3.2 standartlarının şərtlərinə tam cavab verdiyi təsdiq edillərək və müvafiq sertifikat təqdim olunub.

Xəbər 3368 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +