Ukrayna ordusu Orel və Vladimir şəhərlərinə zərbə endirib
Saxta sənədlə Azərbaycana gəldi, hava limanında saxlanıldı
Sabiq deputatın oğlu Ədliyyə Nazirliyinə müraciət etdi -FOTO
Zəfər paradına hazırlıq işlərindən görüntülər -FOTO
Xəzər dənizində zəlzələ olub
Azərbaycanlı avtoritet polisə atəş açdı
Generalın lüks maşınları necə əlindən çıxdı?
Vəkil Elkin Kərimli “Həmdəm” hoteldə ölü tapıldı
Yağıntılı hava şəraiti davam edir
Zığ-Beton yolunda qəza tıxac yaratdı


24.03.2017  12:09 

Rusiya Azərbaycana rəqib olmayacaq





A+  A-

Rusiya 2018/19 mövsümündə avokuboklarda final oyununu qəbul edə bilməyəcək.
XəzərNews.az xəbər verir ki, bu haqda UEFA-nın baş katibinin müavini Corcio Marketti açıqlama verib.

Onun sözlərinə görə, şimal qonşularımız Avropada klub turnirləri olan nə Çempionlar Liqası (ÇL), nə də Avropa Liqasında həlledici matçı keçirə bilər.

2019-cu ildə olacaq həm kişilər, həm də qadınlarda ÇL-nin, habelə, Avroliqanın və UEFA Superkubokun finalının seçim prosesi 2016-cı ilin dekabrın 9-da başlayıb. Bu ilin yanvarın 27-dək milli assosiasiyalar ilkin maraq göstərə bilərdirlər. Son sifarişlər isə bu ilin iyunun 6-dək edilməlidi.

Marketti bildirib ki, final matçını keçirməyə yalnız finalda təsdiqlədikləri iddiaçılar namizəd ola bilərlər: “Yeni sifariş vermək artıq olmaz. Onu unutmayın ki, Rusiya 2018-ci ildə dünya çempionatını keçirəcək. Bundan 2 il sonra isə Sankt-Peterburq AVRO-2020-nin təşkilatçı şəhərlərindən biri olacaq. Rusiya belə böyük turnirlərin təşkilatçısı rolunda çıxış edəcək. Mən onu deyə bilmərəm ki, məhz bu səbəbdən ölkə 2019-cu ldə finalların heç birinə namizəd olmadı. Rusiya bizim turnirlərin hər birinə potensial olaraq yetərincə namizəd ola bilər. Dünya çempionatından sonra orada bütün lazım olan hər şey qurulacaq”.

Xatırladaq ki, AFFA tərəfindən Bakı Olimpiya Stadionu həm ÇL-nin, həm də Avropa Liqasının finalını keçirməyə namizəd irəli sürülüb. Avropanın ən nüfuzlu klub turnirində yeganə rəqibimiz Madriddi. UEFA İcraiyyə Komitəsi həlledici oyunlar qəbul edəcək milli assosiasiyaların adlarını bu ilin sentyabrında açıqlayacaq.

Xəbər 3751 dəfə oxunub.




05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub

04.11.2025  11:29 

AzTV-də üzə çıxan nöqsanlar...

04.11.2025  11:05 

Elşən Məhərrəmov vəfat edib

04.11.2025  10:49 

Daha bir çörək sexi bağlandı


BÜTÜN XƏBƏRLƏR +