Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


22.10.2025  12:30 

İlham Əliyevin bu addımını alqışlayıram – Paşinyan





A+  A-

Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən V İpək Yolu Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin son bəyanatına münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, Paşinyan İlham Əliyevin Azərbaycan ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə açıqlaması mühüm addım kimi qiymətləndirib:

“Dünən İlham Əliyev bəyan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, son dərəcə vacib bəyanatdır və mən Azərbaycan Prezidentinin bu addımını təqdir edir, bu qərarı alqışlayıram,” – deyə Paşinyan bildirib.

O, həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Gürcüstan Baş naziri İrakli Kobaxidzeni də təşəkkürlə yad edib:

“Bu gün illər əvvəl mümkünsüz görünən bir proses baş verir – Qazaxıstandan Ermənistana taxıl ixracı Azərbaycan və Gürcüstan ərazisindən həyata keçirilir. Qazaxıstan Prezidenti və Gürcüstan Baş nazirinə bu əməkdaşlığa verdikləri dəstəyə görə minnətdaram,” – deyə Paşinyan əlavə edib.

Forum çərçivəsində səsləndirilən bu bəyanat Cənubi Qafqazda kommunikasiya xətlərinin bərpası və iqtisadi əməkdaşlığın genişlənməsi istiqamətində mühüm siyasi mesaj kimi qiymətləndirilir.

Xəbər 2439 dəfə oxunub.




25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +