Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var


21.10.2025  18:48 

Mehdiyev dövrünün icra başçıları - Vəzifədə olanlar var/SİYAHI





A+  A-

Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə təyin edilən icra başçılarının əksəriyyəti ona yaxınlığı ilə bilinirdi. Həmin icra başçıları Mehdiyevin təlimatları ilə hərəkət edərək daim ona sadiq olduqlarını göstəriblər. Xüsusilə yaşlı və uzun müddət vəzifədə olan icra başçılarının əksəriyyəti məhz Mehdiyevin kadrı kimi tanınıb.

Mehdiyevə yaxınlığı ilə bilinən həmin şəxslərin bəziləri hələ də vəzifə başındadır.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov. E.Hüseynov 2 iyul 1992-ci ildə rayon rəhbəri təyin edilib və həmin vəzifədə çalışır. Onun uzun müddət bu vəzifədə qalmasında Mehdiyevin rolu var.

Eynilə Qobustan Rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədovun 31 il müxtəlif rayonlarda icra başçısı vəzifələrində çalışması Mehdiyevin sayəsində olub.

Bunlardan başqa Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Lənkəran Rayon İcra hakimiyyətinin başçısı Taleh Qaraşov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Mehdiyevə yaxınlığı ilə tanınıblar.

Bu adlardan əlavə olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ramiz Mehdiyevin himayəsində olan şəxslərdən hesab olunur.

Eyni zamanda, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da uzun illər Mehdiyevin himayəsində olan məmurlardan biridir.

Bundan başqa, Masallının icra başçısı Şahin Məmmədov, Sabirabadın icra başçısı Siraqəddin Cabbarov, Qazağın icra başçısı Rəcəb Babaşov Ramiz Mehdiyevin təqdimatı ilə vəzifəyə gətirilmiş şəxslər kimi tanınır.

Hazırda Füzuli Rayon İcra Başçısı olan Alı Alıyev və Ağsu Rayon İcra Başçısı olan Rövşən Bağırov da "mehdiyevizm”in təmsilçiləri sırasında göstərilir.

Eyni zamanda Şəkinin icra başçısı Elxan Usubov və Hacıqabulun icra başçısı Sevindik Hətəmov da Mehdiyevin kadrlarıdır.

Mehdiyevə yaxınlığı ilə bilinən yaşlı icra başçılardan Bayram Səfərovun (Şuşa rayonu), Rafil Hüseynovun (Ağcəbədi rayonu), Mərdan Camalovun (Zərdab), Mənsur Məmmədovun (Ucar), Firdovsi Əliyevin (Samux) də adını çəkmək olar.

Hazırda millət vəkili olan, Nəsimi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı olmuş Asif Əsgərovun və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin də Mehdiyevin xeyir-duası ilə bu vəzifəyə təyin edildiyi məlumdur./Sfera.az

Xəbər 4536 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +