Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?
Qadınlar işləməsin deyən Fərhad Pərvizini qadınlar işdən çıxardı


02.05.2018  12:46 

Saatlıda əlillər icra başçısının verdiyi evə pəncərədən girir - SƏBƏB





A+  A-

Saatlının M.Ağayev küçəsi ev 18-də yaşayan Yusifova Firuzə Uğuz qızı redaksiyamıza məktub göndərib
Bildirib ki, 30 dekabr 2013-cü il tarixdə Saatlı rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaşadığı 18 saylı ümumi yataqxana binasının 2 otaqlı mənzili onun istifadəsinə verilib.

F.Yusifova II qrup əlildir. Tənha qadındır. Həmin mənzildə oğlu, II qrup əlil Həmzə Qəhrəmanovla birlikdə yaşayırlar. Hər iki əlil, ana və övladı illərdir ki, mənzillərinə pəncərədən daxil olurlar.

Əslində bu hal hər iki əlilin arzusu və ya onların Ginnesin rekordlar kitabına düşmək istəkləri ilə bağlı deyil. Sadəcə ailə məcburiyyətdən bu vəziyyətə düşüblər.

XXI əsr Azərbaycanında qanunlar vətəndaşdan yana olsa da, müraciətdən göründüyü kimi Saatlıda qanunların icrası kim güclüdür prinsipi ilə həyata keçirilir.

XəzərNews.az FİA.Az-a istinadən xəbər verir ki, F.Yusifova evdə olmadığı vaxt qonşuluqda yaşayan Əliyeva Gülbəniz Kərim qızı, ev sahibinin əşyalarının və geyiminin mənzilində olmasına baxmayaraq, onun mənzilini zəbt edib.

Daha sonra isə mənzilə gedən yolu hasarlamış, bununla da hər iki əlilin evinə giriş-çıxışının qanunsuz olaraq qarşısını alıb.

F.Yusifovanın G.Əliyevanı mənzilindən çıxarma tələbi ilə Saatlı rayon məhkəməsində qaldırdığı iddia, 14 may 2015-cü ildə təmin olunub.

G.Əliyeva zəbt etdiyi mənzildən çıxarılsa da, mənzilə giriş-çıxışı məhdudlaşdıran hasar sökülməyib.

Mənzilindən qanunsuz şəkildə məhrum olunmuş F.Yusifovanın yolun açılması ilə bağlı yenidən Saatlı rayon məhkəməsində qaldırdığı iddia ərizəsi hakim Şahin Quliyevin sədrliyi ilə keçirilən iclasda təmin edilib.

Ərafa çəkilmiş hasarın Gülbəniz Əliyevanın hesabına sökülməsi ilə bağlı qətnamə çıxarılıb. Şikayətçı bildirir ki, qətnamənin icra olunması üçün dəfələrlə Saatlı rayon məhkəmə qərarlarının icrası şöbəsinə müraciət etsə də, nə dinləyən, nə də qətnaməni icra edən var.

“Hələ də mən və əlil övladım bu laqeyidliyin nəticəsi oaraq mənzilimizə pəncərədən girib çıxırıq.

Oğlum və mən əlil olduğumuz üçün pəncərəyə qalxanda və enəndə əziyyət çəkirik. Ona görə də günümüzü əsasən qohumlarımızın evində keçiririk.

Əşyalarımız nəzarətsizlikdən tamamilə yararsız vəziyyətə düşüb. Lakin Saatlı rayonunda bir nəfər belə bizi dinləyən, artıq dərdə çevrilmiş problemimizi həll etmək istəyən şəxs yoxdur”.

Xəbər 3500 dəfə oxunub.




05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb

05.08.2025  11:08 

Sabiq deputata yeni vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +