Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


09.07.2025  11:11 

ABŞ-dan İrəvana təzyiq - “Müqavilə imzalanmalı, dəhliz açılmalıdır“





A+  A-

"İyulun 20-dən sonra Dubayda Nikol Paşinyanla İlham Əliyevin görüşünün keçiriləcəyi barədə təsdiqlənməmiş məlumatlar var".

XəzərNews.az xəbər verir ki, bunu Ermənistanın "Hraparak" nəşri yazıb.

"Hakim dairələrdə belə danışılır ki, ABŞ-ın simasında kollektiv Qərb bu görüşdə hədsiz dərəcədə maraqlıdır və çalışırlar ki, Dubayda sənəd, ilin sonunadək isə sülh müqaviləsi imzalansın", - xəbərdə deyilir.

Erməni nəşri yazır ki, mövcud məlumatlara görə, Tramp administrasiyası Yerevana və Bakıya tranzit yolların açılması və nəzarəti ilə bağlı təkliflər göndərib, burada dəhlizə Amerika və ya seçilmiş ABŞ şirkəti vasitəsilə nəzarət etmək variantı da müzakirə olunub:

"Hakim dairələr Amerika planının uğur qazanıb-qazanmayacağına cavab verməkdə çətinlik çəkirlər. Deyirlər ki, Türkiyə bunun əleyhinə deyil və məsələ Paşinyanın səfəri zamanı müzakirə olunub, amma Azərbaycan müqavimət göstərir".

Xəbər 1094 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +