Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub


10.12.2020  11:09 

““S-400”ün alınması Türkiyənin NATO-dan uzaqlaşması demək deyil”





A+  A-

“Türkiyə Rusiyadan “S-400” zenit raket komplekslərinin tədarükünün bütün aspektlərini diqqətlə izləyir. Burada siyasi, müdafiə, iqtisadi və texnoloji komponentlərdən söhbət gedir”.
XəzərNews.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar 2021-ci il dövlət büdcəsi layihəsinin parlament müzakirələrində çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, Rusiya ilə “S-400” müqaviləsi seçim məsələsi deyil, Türkiyənin milli maraqlarının təcili bir tələbi idi.

O bildirib ki, komplekslərin sınaqdan keçirilməsi və yerləşdirilməsi təsdiqlənmiş plana uyğun olaraq davam edir.

Akar vurğulayıb ki, Rusiya komplekslərinin alınması Ankaranın NATO-dan uzaqlaşması demək deyil.

ABŞ-ın “S-400” kompleksləri və beşinci nəsil “F-35” təyyarələrinin uyğunsuzluğu ilə bağlı iddialarının əsassız olduğunu qeyd edən Akar “NATO nümayəndələrinin iştirakı ilə ortaq işçi qrupu çərçivəsində Amerika tərəfi ilə bu məsələni hazırlamağa hazırıq. Türk tərəfinin bu təşəbbüsü hələ də aktualdır”,-deyə o bildirib.

Xəbər 3198 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +