Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub


17.09.2018  14:05 

Polis şəhərə girişi niyə məhdudlaşdırır?





A+  A-

Təhsil müəssisələri və ona bitişik yollarda bu gün səhər saat 07:45-dən 08:20-yə qədər sıxlıq qeydə alınıb.
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi Vaqif Əsədov məlumat verib. O bildirib ki, sıxlıq yaşanan ərazilər Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti, Azneft dairəsi, Parlament prospekti və.s olub: “Burada yol zolağı üzrə avtomobillər sıx cərgələnib. Demək olmaz ki, bu tıxacdır. Ancaq avtomobillərin hərəkət intensivliyinə təsir göstərib. Amma əməkdaşlarımız təhkim edildikləri ərazidə nizamlayıcı qismində olub və hərəkəti nizamlayıblar.

Saatda 10-20 km sürət qeydə alınıb. Cüzi hadisəylə nəticələnən 4 nəqliyyat hadisəsi baş verib. Bu da süni sıxlığın yaşanmasına gətirib çıxarıb”.

Bəzi yolayrıcılarında nizamlayıcı polisin olmaması və nəticədə sıxlığın yaranmasına gəlincə isə V. Əsədov vurğulayıb ki, bu gün 20 saylı məktəbin yanındakı yolayrıcından canlı yayım edilib: “Bura 4 yolun kəsişməsidir. Elə 4 nəfər əməkdaşımız burada olub. Yolayrıcında bir nizamlayıcı polis olsa onun işarəsi kifayət olmalıdır. Amma bir yolayrıcına 4 əməkdaş yığmışıq ki, konkret hər ayrıca biri göstəriş versin. Hansı ərazidə nizamlayıcı polis yoxdursa, bu his hal kimi qələmə verilməməlidir.

İkincisi, sürücülər yol polisi olmadan da hərəkəti nizamlamalıdır. Hər kəs deyir ki, tələsirəm. Avtobus sürücüsü deyir ki, bir dəqiqə gecikmək onlar üçün cəzadır. Sürücü deyir ki, məktəbə uşaq aparır, buna görə də vaxtında çatmalıdır.

Ona görə də hərəkətdə birinci olmaq istəyi qısa müddətdə süni sıxlığın yaranmasına gətirib çıxarır. XXI əsrdə bütün hərəkət kameralarla tənzimlənib. Belə olan halda yolda niyə yol polisi dayanıb nizamlama aparmalıdır? Sürücülər özləri hərəkətlərini nizamlanmalıdır”.

Bu arada bildirək ki, bu gün səhər saatlarında Zabrat qəsəbəsindən və Azneft dairəsindən şəhərə giriş yol polisi tərəfindən məhdudlaşdırılıb. Sürücülər bu məhdudlaşmanın süni sıxlığın yaranmasına gətirib çıxardığını qeyd edib. Həmin sıxlıqla bağlı videolar da sosial şəbəkədə paylaşılıb. V. Əsədov bununla bağlı məlumatının olmadığını və məsələni araşdıracağını qeyd edib.

Xəbər 3254 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +