Narkotikin təsiri altında maşın sürən qazi saxlanıldı
Deputat suya da limitin tədbiqini təklif edir
9 nəfəri aldadaraq 58500 manat ələ keçirdi
Fariz Babayev vəzifədən uzaqlaşdırıldı -FOTO
Məşhur dirijor xəstəxanaya yerləşdirilib -FOTO
Putindən əmr: Əməliyyatlar...
Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı
Azyaşlıya zorakılıq edən dayə işdən çıxarıldı - RƏSMİ/YENİLƏNİB
Adnanın yaxtası Barselona sahillərində oyun çıxarır - FOTO
Baş nazir qərar imzaladı


25.07.2018  15:51 

Bu nəqliyyat vasitələrinin gecə yollarda hərəkəti qadağan edilir





A+  A-

"Mayın 1-dən bu günə qədər kənd təsərrüfatı texnikalarının iştirakı ilə 13 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalar nəticəsində 10 nəfər ölüb, 22 nəfər yaralanıb".
XəzərNews.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı texnikalarının magistralda qoşqularla hərəkət etməsi ciddi təhlükə yaradır:

"Təsəvvür edin ki, traktor hərəkət edir, arxasında da kotan. Gecə vaxtı belə hallarda arxadan gələn digər nəqliyyat vasitəsinin sürücüsü yalnız traktoru görür. Ona görə də yol qəzaları baş verir".

K.Əliyev qeyd edib ki, digər bir problemin də traktorların qoşqularında sərnişin daşınması ilə bağlıdır. O bildirib ki, qanunvericiliyə əsasən, traktorların qoşqularında sərnişin daşımaq qadağandır:

“Bir müddət əvəl traktorun aşmaşı nəticəsində neçə nəfər həyatını itirdi. Bu baxımdan təhlükəsizlik məsələlərinə ciddi nəzarət olunmalıdır”.

K.Əliyevin sözlərinə görə, DYP rəhbərliyi traktorların və digər kənd təsərrfüatı texnikalarının gecə vaxtında magistral yollarda hərəkətinin qadağan edilməsi ilə bağlı tapşırıq verib:

“Düzdür, kənd təsərrfüatı texnikalarının avtomobil yoluna çıxmaq məcburiyyətindədir. Ancaq bu cür texnikalar yola çıxarkən bizə məlumat verilsin ki, biz onu müşahidə edək, təhlükəsizliyi təmin edək. Təsəvvür edin kombaynın eni 5 metrdir. Onun hərəkəti zamanı nəzarət olunmalıdır”.

Xəbər 2992 dəfə oxunub.




30.10.2025  18:56 

Putindən əmr: Əməliyyatlar...

30.10.2025  17:49 

Baş nazir qərar imzaladı

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm


BÜTÜN XƏBƏRLƏR +