Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


16.01.2025  15:23 

Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi





A+  A-

Məhkəmə hökmü ilə müsadirə edilərək satışa çıxarılan məşhur “Baku Oksford Məktəbi”ni geri qaytarmaq uğrunda mübarizə davam edir. Düz 4 ay əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva və məktəbin təsisçisi Mehriban Məmmədova məktəbdə 1/2 hissəlik pay sahibi olduqlarını iddia edərək yeni məhkəmə baxışı başlatmaq üçün müraciət ediblər

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq məhkəmə onların ərizəsi ilə tanış olub, yekun qərarını açıqlayıb.

Hətta Mehriban Məmmədova ilə birgə onun bacıları da işə qoşulub. Onlar isə müsadirə edilmiş başqa əmlaklarla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdikləri ərizələrində hökmün maraqlarına toxunduğunu iddia ediblər. Şəxslər hər biri apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş ediblər.



Hakim Leyla Əsgərova-Məmmədova təqdim edilmiş əsaslarla tanış olduqdan sonra maraqlı şəxslərin hamısının müraciətini məqbul hesab edib. Qərar belə olub ki, Kamilə Əliyeva, Mehriban Məmmədova və digərlərinin apellyasiya şikayəti vermələrinə icazə verilsin.

Bundan sonrakı mərhələdə maraqlı şəxslər şikayətlərini apellyasiya baxışında mübahisələndirəcəklər.

Xatırladaq ki, “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun məhkəməsində məlum olub ki, həyat yoldaşı Mehriban Məmmədovanın rəhbərlik etdiyi sözügedən məktəb “Baku Steel Company”dən mənimsənilən pullar hesabına tikilib. R.Məmmədov özü isə xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. “Baku Oksford Məktəbi” də daxil olmaqla, Məmmədovun milyonlarla dəyəri olan bir çox əmlakı müsadirə edilib.

Xəbər 1360 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +