AMİU-nun iki tenderi bir gündə ləğv olunub
Milli Məclisin plenar iclası başlayıb
Ukrayna rusların Ordu Korpusunu vurdu
Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı
Biznesmenin avtomobilindən 124 min pul oğurlandı
Eduard Məmmədova vəzifə verildi
Şəhər meri diaspor fəalımızı təltif etdi
Azərbaycanlı Kurskda itkin düşdü
İsmayıllıda zəlzələ qeydə alınıb
Niyazi Mehdi bu gecə vəfat edib


06.02.2025  14:10 

Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ





A+  A-

250 min manatlıq dələduzluqda ittiham edilən məmurların məhkəməsi başa çatıb.

XəzərNews.az xəbər verir ki, Pəhlivan Güləliyev, Yusif Balabəyov və Azər Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər.

Bildirilib ki, P.Güləliyev uzun müddət Əmlak Məsələləri Dövlət Xidmətinin müxtəlif idarələrində yüksək vəzifələrdə, eləcə də Şirvan layihə tədqiqat idarəsinin rəisi postunda çalışıb.

Dələduzluq cinayəti baş verərkən isə o, “Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri” publik hüquqi şəxsin tabeliyindəki MMC-də mühəndis olub. Azər də onun kimi qurumun mühəndisi vəzifəsində çalışıb. Digər təqsirləndirilən şəxs isə daha əvvəl Şamaxıda bələdiyyədə mühasib kimi çalışıb.

Elə həmin müştərini də Yusif tapıb. Belə ki, Pərvin adlı şəxs ona müraciət edərək Yeni Suraxanı qəsəbəsində uçurum formasında olan 2,35 hektar sahibsiz torpaq sahəsi tapdığını və onu sənədləşdirmək istədiyini bildirib. Yusif də Əmlak Məsələləri Dövlət Xidmətində tanışlarının olduğunu deyib və onları bu işə cəlb edib. Həmin şəxslər Pərvinə bu işi 250 min manat qarşılığında həll edəcəklərini, torpağı 25 yerə bölərək hərəsi 10 sot olmaqla 25 müxtəlif şəxsin adına rəsmiləşdirəcəklərinə söz veriblər.

Lakin adları çəkilən şəxslər 250 min manat pul alsalar da, ərazisində yerləşən magistral neft və qaz kəmərlərinin mühafizə zonası olmaqla “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar” kateqoriyasına aid dövlət mülkiyyəti olan 2,35 ha torpaq sahəsini özəlləşdirə bilməyiblər. Verdiyi pulları da geri ala bilmədiyini görən Pərvin bununla bağlı Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və cinayət işi açılıb.

Xəbər 1343 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi

28.02.2025  09:08 

Niyazi Mehdi bu gecə vəfat edib


BÜTÜN XƏBƏRLƏR +