Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


13.09.2023  09:46 

Üç bankın əmlakı hərraca çıxarılır





A+  A-

Sentyabrın 28-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Qafqaz İnkişaf BankI” ASC-nin balansındakı daşınmaz əmlak 3-cü dəfə təkrar açıq hərraca çıxarılacaq. Daşınmaz əmlak Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 44 ünvanında yerləşən 0,8105 hektar torpaq sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 2 milyon 550 min manatdır. Hərrac addımı ilkin satış qiymətinin 3 faizi qədərdir.

Fonddan XəzərNews.az-a bildirilib ki, həmin gün, həmçinin “Dəmirbank” ASC-nin balansındakı Abşeron rayonu, Saray qəsəbəsində 0,10 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 387 kvadratmetr olan fərdi yaşayış evi hərraca çıxarılacaq. Daşınmaz əmlakın ilkin satış qiyməti 150 min manatdır.

Sentyabrın 28-də “Atrabank” ASC-nin balansındakı hərraca çıxarılan daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Droqalnıy döngəsi, ev 4 ünvanında yerləşən ümumi sahəsi 47,30 kvadratmetr olan 15 saylı mənzildir. Daşınmaz əmlakın ilkin satış qiyməti 60 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27.

Xəbər 4187 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +