AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


12.03.2024  17:48 

AFFA bu klubları cəzalandırıb





A+  A-

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Xəzərnews.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXVI turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Kəpəz” azarkeşləri “Neftçi” ilə oyunda matçın rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiklərinə görə Gəncə təmsilçisi 1000 manat cərimə edilib.

“Araz-Naxçıvan”la görüşdə 6 futbolçu sarı vərəqə aldığına görə “Turan Tovuz” 700 manat cərimələnib. Beş futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” isə 700 manat xərcə düşüb.

Naxçıvan təmsilçisinin futbolçusu Vüsal Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Bu, bölgə klubunu 3000 manat ziyana salıb./manşet

Xəbər 3452 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +