09.01.2023 11:59
AYAQYOLU!
İmişli rayon Aranlı kənd məktəbinin müəlliməsi bir neçə gün öncə sosial şəbəkədə həyəcan qaldırıb ki, məktəbdə tualet bərbad gündə olduğundan azyaşlı uşaqlar əziyyət çəkir. Bu səbəbdən də onların məktəbə gəlməsini məqbul saymayıb. Buna görə müəlliməyə töhmət veriblər.
Ayaqyolu...
Bu arxetiplə tanışlıq nə yerdədir. Görkəmli Azərbaycan filosofu professor Həsən Quliyev “Arxetipik azərilər: mentalitetin simaları” kitabında ilk dəfə Azərbaycan xalqına xas olan, onun dünyaduyumunu müəyyənləşdirən aparıcı arxetiplərin yardımı ilə milli mentallığımızın özünəməxsusluğunu araşdırıb.
Marqlıdır ki, bu kitabda 47 arxetipimizin içərisində “Ayaqyolu” arxetipi də var:
“Tipik azərbaycanlıda ayaqyoluna sabit münasibət formalaşmışdır. Azərbaycanlıalar son dərəcə utanaraq soruşurlar: “ayaqyolu haradadır? Və elə o şəkildə utanaraq ora yollanırlar. Hər şeydən əvvəl gələcək evin və yaxud ofisin bütün perimetri boyu dəfolunmaz hündür hasar tikilir. Sonra puldan və zövqdən asılı olaraq villa və yaxud saray tikilr. Bütün bu dövr ərzində fəhlələr və ev sahibləri necə gəldi və hara gəldi “müvəqqəti ayaqyolu”ndan istifadə edirlər. Lakin zaman keçir və heç bir şey dəyişmir: azərbaycanlı ayaqyoluna diqqət vermir, onun üçün nə vaxt, nə də pul tapır. Kifayət qədər dəbdəbəli bağın və sarayın sahibi bəzən ayaqyolunun anormallığını dəqiq şəkildə görür və bu işin yola qoyulmağının zəruriliyini etiraf edir. Lakin bununla belə “ayaqyolunun həyatı”nda heç bir şey dəyişmir, çünki mentallıq (təhtəlşüur) ayaqyoluna tipik münasibətin dəyişdirilməsi niyyətinə müqavimət göstərir. Azərbaycanlının ayaqyoluna münasibətində uzaq arxaik həyatın – “necə gəldi və hara gəldi bayıra çıxmağın” izi nəzərə çarpır. Heç də təsadüfi deyil ki, dilimizdə tualetə “ayaq yolu” deməklə biz köçəri semantikasına işarə vururuq, ayaqyoluna tez-tez baş çəkmək istəyini (məsələn ishal olanda) “ayağım işləyir” sözləri ilə ifadə edirik. Və budur, azərbaycanlı hər gün hər il yoluna qoyulmamış, natəmiz və narahat ayaqyoluna gedir.
Lalnız nadir hallarda. Başqa mədəniyyətlərlə təmasa girəndə bunun çox da təbii olmadığı fikri ağlına gəlir. O, çox asanlıqla ayaqyolunun narahatlığını unudur; yeri gəlmişkən, bununla bağlı onun özü də narahat olmur. Onun üçün bu, keçmişin ən yaxşı nümunələrini uzun-uzadı təqlid prosesində təşəkkül tapmış adət etdiyi həyatdır; belə olub və yəqin ki, hələ uzun müddət belə olacaq.”
Bir dostum xarici turistlərlə rayonların birinə səyahət etmələrindən danışdı. Deyir ki avtobusda turistlərin biri tualet deyib bağıra-bağıra qalmışdı. Ona axıra qədər izah edə bilmədik ki, bizdə yol boyu cəmi bircə dəfə tualet istəyi yaranır. Bu mentalitetlə yanaşı artıq vərdişə çevrilib. İmişlinin Aranlı kəndində baş verən ayaqyolu insidenti Universitet və Kolleclərin tualetlərini də yada saldı. Universitet tualetləri hansı vəziyyətdədir?
Dəhlizlərdən üfunət iyi gəlir. Yaxşı ki, bu məsələni qaldıran yoxdur. Yoxsa onu da Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad edərlər.
Etibar Əliyev
Millət vəkili
Xəbər 1096 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|