AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


29.12.2022  19:10 

Hikmət Cavad Kiyevdə diasporu bir araya gətirdi - Fotolar





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş toplantı keçirib.

XəzərNews.az xəbər verir ki, Kiyev şəhərində təşkil olunan toplantıda başa çatmaqda olan 2022-ci ilin yekunları müzakirə olunub.

UADB sədri Hikmət Cavadın dəvətilə tədbirdə Ukrayna – Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Volodımır Kreydenko da iştirak edib.

Tədbirdə çıxış edən V.Kreydenko bildirib ki, Ukrayna hökuməti və xalqı hazırkı müharibə zamanı Azərbaycan diasporunun yardımlarını yüksək qiymətləndirir, göstərilən humanitar dəstəyə, habelə ölkənin ərazi bütövlüyünü beynəlxalq miqyasda müdafiə etdiyinə görə Azərbaycana minnətdardır:

“Ali Radanın üzvü olaraq deyə bilərəm ki, ölkə parlamenti və hökuməti Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. Biz də Azərbaycanın Qarabağ üzərindəki suverenliyini tam şəkildə bərpa etmək üçün göstərdiyi səyləri dəstəkləyirik”.

UABD sədri Hikmət Cavad Ukraynadakı Azərbaycan diasporunun ölkənin müdafiəsində yaxından iştirak etdiyini diqqətə çatdırıb:

“Azərbaycanın Ukraynanın haqq işinə dəstək verməsi, ölkəyə humanitar yardımlar göndərməsi diasporumuzu sevindirir. Azərbaycanda baş verənlərə obyektiv qiymət verən ukraynalı millət vəkillərinə diaspor adından təşəkkür edirik. Biz diasporumuzun parlamentlə əlaqələrini daha da genişləndirmək, birgə layihələr həyata keçirmək niyyətindəyik. Azərbaycan diasporu həmişəki kimi tarixi Vətənimizin mənafeyini qorumaqda Azərbaycan dövlətinin yanındadır”.

Jurnalist Əlisa Dəmirov Ukrayna və Azərbaycan mediasının baş verənlərlə bağlı obyektiv xəbərlər yaydıqlarını bildirib:

“Ukrayna və Azərbaycan KİV-ləri informasiya müharibəsində səylərini birləşdirməlidir”.

Ukrayna energetika nazirinin sabiq müavini Burzu Əliyev qeyd edib ki, bu gün Ukrayna torpaqlarında nəinki bu ölkənin, habelə Rusiyanın işğalçılıq siyasətinə məruz qalmış bir çox dövlətlərin də taleyi həll olunur:

“Əminəm ki, Ukrayna qələbə qazansa, başqa ölkələr də öz ərazilərini geri qaytara biləcəklər”.

Şərqşünas alim Fərhad Turanlı Azərbaycanla Ukraynanın beynəlxalq təşkilatlarında bir-birinə dəstək vermələrinin əhəmiyyətinə toxunub:

“Ölkələrimiz bir-birinin mövqeyini həmişə müdafiə ediblər. Biz ölkələrimizin ərazi bütövlüyünün tezliklə bərpası, separatçı ocaqların söndürülməsi üçün beynəlxalq təşkilatlar çərçivəsində də hərtərəfli işlər görməliyik”.

İş adamı İlqar Abbasov Ukraynadakı müharibədən əziyyət çəkən dinc əhaliyə və Silahlı Qüvvələrə Azərbaycan diasporunun maddi yardımlarından bəhs edib və bu yardımların hazırda da davam etdirildiyini dilə gətirib.

Diaspor fəalı Şakir Yəhyayev Ukraynaya göstərdikləri dəstəyə görə bir çox azərbaycanlıların hökumət tərəfindən təltif olunduqlarını, bunun da diasporumuzun nə qədər fəal olduğunu göstərdiyini bildirib.

Ukrayna Qəhrəmanı, Serhiy Kulçitskiy adına könüllü taborunun döyüşçüsü Vidadi İsrafilov Ukrayna ordusu sıralarında xeyli sayda soydaşlarımızın vuruşduğunu, onlardan birinin Ukrayna Milli Qəhrəmanı adına layiq görüldüyünü diqqətə çatdırıb:

“Ukraynada yaşayan azərbaycanlılar ölkələri üçün canlarından keçməyə hazırdır”.

Tədbirin sonunda qarşıdan gələn Dünya Azərbaycanlıları Həmrəyliyi Günü münasibətilə ziyafət təşkil edilib.















Xəbər 1128 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +