Prezident 20 Yanvarla bağlı paylaşım etdi
Fərid Səfərli azadlığa BURAXILDI
“Rusların tərbiyəsizliyini gördük” - Rövşən Məmmədov
Bank borcunu bağlayan kişi sevincdən öldü
Qatarlar arasında interval AZALDILACAQ
Bakı Ermənistandan ciddi addımlar gözləyir
Medalım paslanır, qaytarmağı düşünürəm - Həsrət Cəfərov
Ölkədə yumurta qıtlığı gözlənilir?
Həm hüznlü, həm qürurluyuq!
Saxlanılan gəmilərimizlə bağlı danışıqlar nə yerdə?


16.01.2025  16:36 

Kimlər HƏMAS-ın yenidən güclənməsi üçün hərəkətə keçə bilər?





A+  A-

Qəzzada atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsinə dair saziş imzalandı. Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani 19 yanvarda qüvvəyə minəcək atəşkəs razılaşmasının detallarını açıqlayıb:

1. Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi 42 gün davam edəcək və bu müddət ərzində növbəti mərhələnin şərtləri müəyyənləşəcək;

2. HƏMAS İsraillə razılaşmanın ilk mərhələsində 33 girovu azad edəcək;

3. Vasitəçilər İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılmasını təmin etmək üçün danışıqların davam etdirilməsinin təminatçısı kimi çıxış edəcək.

Bununla da İsrail və HƏMAS arasında 7 oktyabr 2023-cü ildən bəri davam edən döyüşlər yekunlaşmış oldu.

Əldə olunan razılıq HƏMAS-ın strateji qələbəsi kimi dəyərləndirilir. Lakin bu tam olaraq belə deyil. Məsələ ondadır ki, saziş elə İsrailin istədiyi kimi imzalanıb. Bunu ABŞ Prezidenti Donald Trampın açıqlaması da təsdiq edir. Belə ki, Tramp “Qəzza zolağının bir daha “terror yuvası”na çevrilməyinə icazə verilməyəcək” deyib. Bu həm də o deməkdir ki, Qəzzada yeni idarəçilik qurula bilər.

Əslində, İsrailin niyyəti nə Qəzzanı, nə də Fələstini ilhaq etməkdir. Belə olsaydı, hərbi əməliyyatlar təkcə Qəzzada deyil, İordan çayının qərb sahilində, yəni Fələstində də keçirilərdi. Lakin biz 7 oktyabrdan bu günə qədər nə Fələstin ordusunun İsraillə döyüşdüyünü, nə də Mahmud Abbasın Qəzzadakı olaylara ciddi reaksiya verdiyinin şahidi olduq. Hətta bilinməsə də, İsrailin Qəzza əməliyyatı Fələstinlə gizli saziş əsaslı aparılırdı. Çünki Qəzzadakı HƏMAS Mahmud Abbas hakimiyyəti üçün də başağrısı idi.

İsrailin Qəzzada HƏMAS-a Livanın cənubunda “Hizbullah”a qarşı keçirdiyi əməliyyatlar antiterror tədbirləridir. Təl-Əvivin yeganə haqsız olduğu məsələ əməliyyatları sərt və nəzarətsiz güc tətbiq edərək həyata keçirməsidir. Bu da öz növbəsində mülki şəxslərin həyatını itirməsinə gətirib çıxarıb.

Qəzza zolağının bundan sonrakı idarəçiliyinin necə olacağı hələlik bəlli deyil. Xüsusilə HƏMAS-ın bu qədər zəiflədiyi bir zamanda hakimiyyətdə qalması çətin görünür. Amma İsrailin HƏMAS-ı tam məğlub edə bilmədiyi də açıq-aydındır.

Bundan sonra top Trampdadır. Onun bu sazişdəki əsas marağı və planı əvvələr də qeyd etdiyim kimi, “Yaxın Şərq NATO-su” qurmaqdır. Tramp bunun üçün əvvəlcə Ərəb-İsrail barışığını nəzərdə tutan “İbrahim Sazişləri”ni genişləndirməyə çalışacaq. Söhbət İsrail, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ ilə münasibətlərin normallaşdırılmasından gedir.

Sonda onu deyim ki, sazişin uğursuz olma ehtimalları da var. İran və bəzi digər qüvvələr HƏMAS-ın yenidən güclənməsi üçün hərəkətə keçə bilər.

Turan Rzayev
Politoloq


Xəbər 987 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.01.2025  14:06 

Bu rayonda 3 gün su olmayacaq

20.01.2025  13:58 

Həm hüznlü, həm qürurluyuq!

20.01.2025  12:04 

Prezident Şəhidlər xiyabanında

20.01.2025  10:04 

Tanınmış aktyor vəfat etdi

20.01.2025  10:01 

Davos Forum öz işinə başlayır

20.01.2025  09:57 

Xəzərdə zəlzələ oldu

20.01.2025  09:53 

Трамп против лгбт


BÜTÜN XƏBƏRLƏR +