15.02.2017 11:38
XəzərNews.az bildirir ki, Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsində baş məsləhətçi işləmiş Ülkər Qasımova işdən çıxarıldığı üçün “Qafqazinfo”ya müraciət edib.
Şikayətçi İdarə rəisi Hacıqulu Sadıqovun ona əxlaqsızlıq təklif etdiyini və məhz təklifi qəbul etmədiyi üçün işdən çıxarıldığını iddia edir:
“11 il dövlət qulluğunda qanuni işçi kimi fəaliyyət göstərmişəm. Hacıqulu Sadıqov iyun ayında bizə yeni rəis təyin olunandan sonra 15-ə yaxın işçini qanunsuz şəkildə işdən çıxarıb. O, bir dəfə mənə də əflaqsız bir təklif etdi. Təklifini qəbul etmədiyim təqdirdə işdən azad edəcəyini dedi. Qanuni dövlət qulluqçusu olduğumu və belə asanlıqla işdən azad olunmayacağımı bildirsəm də, dediyindən dönmədi. Oktyabr ayında mən xəstə olarkən bülletenim olduğu halda nazirliyə məktubla müraciət edib və ştatımı bağlatdırıb. Bu barədə mən də nazirə yazsam da, hər hansı bir cavab gəlməyib. Həmin şəxs heç dövlət qulluqçusu da deyil, adi latın əlifbasını da bilmir. Daha bilmirəm, hansı yolla o vəzifəyə qoyulub. Qanunsuz işdən çıxarılan əməkdaşlarımızdan Elxan Hüseynov da H. Sadıqovu məhkəməyə verib və hazırda proses gedir. Müxtəlif qurumlara, prezidentə belə məktub yazmışam. Mən öz haqqımın tapdanmasını istəmirəm”.
Haqqında səsləndirilən iddialarla bağlı Dövlət Qaz Nəzarət İdarəsinin Rəisi Hacıqulu Sadıqovla əlaqə saxladıq. Deyilənləri təkzib edən rəis işdən çıxarılan əməkdaşın ona şər atdığını bildirib:
“İşdən çıxan biri nə deməlidir? Şər atmalıdır da. 57 yaşım var, Ülkər mənim oğlum, qızım yaşındadır. Özü bu yolun yolçusudur deyə, bizə də şər atır. Hətta valideynləri ondan imtina edib. Tam qərəzli mövqedir. İxtisara düşüb, biz ona başqa bir iş təklif etdik, qəbul etmədi. Dünəndən bir neçə sayt bu haqda yazıb, ancaq biri zəng vurub mənim fikrimlə maraqlanmır. Yazıblar ki, latın əlifbasını bilmir, heç maraqlandılar ki, bilirəm ya yox? Bunların hamısı yalandır”.
|
09.03.2025 17:40
09.03.2025 17:35
09.03.2025 16:10
Rus Çarının dostu “Putin İlham” özümüzü kəsən qılınca necə çevrildi?
09.03.2025 15:09
09.03.2025 14:45
09.03.2025 13:00
Həm İcbari Tibbi Sığorta, həm də Gəncə Beynəlxalq Xəstəxanası - Bir ölümün izi ilə...
09.03.2025 11:51
09.03.2025 11:45
09.03.2025 11:33
09.03.2025 11:02
09.03.2025 10:49
İmamoğludan Ərdoğana: “Sənin dövrün başa çatdı, əgər vicdanın varsa, çağırışıma cavab ver"
09.03.2025 10:41
09.03.2025 10:30
09.03.2025 10:26
09.03.2025 10:20
09.03.2025 10:17
09.03.2025 01:12
09.03.2025 01:06
09.03.2025 01:04
09.03.2025 01:01
Fuad Nağıyevə sərt ittihamlar - “Tahir Əmiraslanovu Şuşadan qovdu”
09.03.2025 00:36
08.03.2025 14:52
08.03.2025 14:46
08.03.2025 13:49
08.03.2025 13:44
08.03.2025 13:24
Sədrin işdən azad etdiyi Fərid Hüseynov yenidən iş başında...
08.03.2025 13:18
08.03.2025 12:48
08.03.2025 12:45
08.03.2025 12:43
08.03.2025 11:07
08.03.2025 10:57