“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


23.11.2024  11:53 

İsrailin dostu ilə dost, düşməni ilə düşmən... – Və ya şiə qatilini mükafatlandıran İran





A+  A-

Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı”nın növbəti buraxılışı yayımlanıb.



M.Əhmədoğlunun səsləndirdiyi fikirləri ixtisarla təqdim edirik:

- Yaxın Şərqdə hərbi əməliyyatların intensivliyi xeyli azalıb. Bəlkə də İsrail hərbçiləri üçün dağıtmağa bir şey qalmayıb. Hərbi əməliyyatlar azaldıqca İranın mövqeyində anti-Türkiyə və anti-Azərbaycan aktivliyi artır. Ərəb dövlətləri ilə münasibətlərin də isə yumşalma var. Bu İranın daxilində ərəblərə münasibət də özünü açıq-aydın göstərir.

Əlbəttə ki, Məsud Pezeşkianın Sistan və Bəlucistana səfərinin nəticələri özünü yaxınlarda göstərəcək. Ərəblərin dini və iqtisadi müstəqillik, sərhədin o biri tərəfindəki soydaşları ilə iqtisadi əməkdaşlığı İranın indiki hökuməti tərəfindən yerinə yetirilə bilər. Onlar artıq həmin regiona muxtariyyət statusunun verilməsi ərəfəsindədirlər. Ərəblərlə İranın uzunmüddətli mübarizəsi sonda ərazisində yeni muxtariyyətin formalaşmasına gətirib çıxara bilər.

İranın Türkiyədəki mətbuat platformalarının davranışı İrandan gələn təhtəlşüur göstərişlər əsasında qurulur. Ər-Riyadda keçirilən Qəzza ilə bağlı konfransda bütün danışılanları Türkiyədə İranın pulunun qulluğunda dayanmış şəxslər tamamilə heçə endirdilər. “Riyadda danışılanlar, Türkiyə və Səudiyyə Ərəbistanın dedikləri daxil sıfırdır”. Belə alınır ki, yalnız İranın dedikləri düzdür.
İranda əsas keyfiyyət dəyişikliyi SEPAH-ın siyasi informasiya aktivliyidir və SEPAH hazırda dində, siyasətdə, hərbidə hər şeyi monopoliyasında saxlamaq istəyir. 44 günlük müharibə vaxtı Ermənistandan Azərbaycanın işğal altındakı ərazisində vuruşmağa - azərbaycanlını öldürməyə gəlmiş ermənini İran vətəndaşı mükafatlandırdı və bu proses İran rəsmilərinin (SEPAH-ın üzvləri) iştirakı ilə Ermənistanın İrandakı səfirliyində baş tutdu. Xüsusilə 2021-ci ilin yanvarında baş vermiş bu prosesin yenidən təkrarlanması daha çox diqqəti çəkir. İran müsəlman azərbaycanlının qanına susadığını nümayiş etdirmək istəyir.

Siyasətdə də SEPAH-ın fəaliyyətini başa düşmək üçün misal: Tokioda Türkiyə səfirliyinin qabağında Qəzzaya dəstək aksiyasını səhəri gün Azərbaycan səfirliyinin qabağında baş tutmuş aksiya kimi təqdim edir.

Hərbi cəhətdən də SEPAH yalnız 4 gündən sonra anladı ki, İsrail Parçində keçmiş nüvə obyektini bombalayıb. Bəlli olur ki, o keçmiş nüvə obyekti İranda cüzi bir qismə bəlli olan zavod imiş və bu zavod nüvə bombasını işə salan məhsullar yaratmaqla məşğul imiş. SEPAH hətta özünün doğma hərbi işini bilmir.

İran bir tərəfdən R.Qrossini yəhudi elan edir və “o, İranla bağlı hazırladığı neqativ materialları AEBA-nın İdarəedicilər Şurasına təqdim etməmişdən əvvəl İsrailə göndərir”, - deyirlər. R.Qrossi Tehranda olarkən isə onu öpüşlə qarsalayırlar, Avropa üçlüyünü tənqid atəşinə tutur, nüvə mövzusunda mövqelərinin sərtləşdirdiyini bildirirlər.

Bəllidir ki, İsrail dövləti İranın hərbisi ilə bağlı vəziyyəti İran rəsmiləri ilə təxminən eyni vaxtda, bəlkə də bir az əvvəldən bilir. Xarici işlər naziri diplomatiya ilə qurtarıb, müharibə hədəsi yaymaqla məşğuldur.

Husilərin İranın əmrinin altında olması sirr deyil. Husilər Türkiyənin Qırmızı dənizdən keçən gəmisini İsrailə qadağan olunmuş yük daşımaq adı ilə vurdular. Türkiyə buna analoji yolla cavab verə bilər.

Türkiyə və Azərbaycanla münasibətləri İranın hərbi yola keçirdiyini istisna etmək olmaz. Türkiyə və Azərbaycanla hərbi əməliyyat İran üçün hazırda vacibdir. Türkiyə İsrailin ən qatı düşmənidir. Türkiyənin İsrailin apardığı müharibə ilə bağlı siyasəti ABŞ-da narahatlıq yaradıb, Aİ-də müəyyən dəyişikliklərə səbəb olub.

İsrail İranın yalnız hərbisindən, Türkiyənin isə hərbisi, siyasəti və davranışından narahatdır. İran belə başa düşür ki, Türkiyəyə qarşı hərbi əməliyyatlar açmaqla İsrailə xoş görünmək olar. İsrailə xoş görünmək indi İranı vəziyyətdən xilas edə bilər. Çünki İsrail D.Trampın hakimiyyətə gəlməsindən istifadə edib, İranı hərbi cəhətdən tamamilə sıradan çıxarmaq istəyir.

Azərbaycana qarşı vəziyyəti gərginləşdirməsi isə Türkiyəni genişmiqyaslı müharibəyə qatmaq üçün lazımdır. Ola bilər İran Türkiyəni özünə qarşı müharibəyə qaldırmaq variantını seçsin. Bunun üçün İran Azərbaycanla hərbi əməliyyatlara başlaya bilər. Bunun bir sıra koordinatları, əlamətləri barədə artıq məlumatlar yayılır. SEPAH-ın Ermənistanla sərhəddə üçüncü hərbi bazasını da tikdiyi ilə bağlı məlumatlar var. Zəngəzurda üçüncü hərbi baza Rusiyaya və s. qarşı deyil, yalnız Türkiyə və Azərbaycana qarşı yönəlib. İranın təhtəlşüurunda belədir. İran prosesləri final mərhələsinə yaxınlaşdırır.

Məsələni informasiya, ideoloji mübarizə cəbhəsində saxlamaqdan ötrü istər Türkiyə, istərsə də Azərbaycan ərazisində İranın əməllərinə qarşı etiraz aksiyalarına başlanmalıdır.

Etiraz aksiyalarının şüarları isə açağıdakı kimi olmalıdır:

1. İran şiə qatili ermənini mükafatlandıran dövlətdir.

2. İran İsrailin maraqlarına uyğun hərəkət etməməlidir.

3. İslam dövlətləri İranı Allahın mövcudluğuna inandırmaq istiqamətində fəaliyyətə başlamalıdırlar.

4. Azərbaycanın Pakistanla artan hərbi aktivliyi ən vacib çıxış yollarındandır.

İranın Ali dini lideri, “Böyük azərbaycanlı” kateqoriyasında olan soydaşımız S.Ə.Xameneinin səhhəti ilə bağlı hər cür xəbərlər (komada olduğu və s.) yayılır. Hətta varisini də müəyyən ediblər: oğlu Müctəba olacaq. Əgər oğlu İrana ali dini rəhbər təyin olunacaqsa, o minimum bir ilə atasının sağlığında bu vəzifədə işləməlidir. Əks-təqdirdə SEPAH-ın İranın ali dini lideri üzərində təsiri, onu aldatma metodları hədsiz çoxdur.

Hətta indi başlasa belə bir il bunu təmizləyib qurtara bilməz.




Xəbər 2192 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +