AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


13.01.2022  12:40 

Nazarbayev hardadır?





A+  A-

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev sonuncu dəfə MDB-nin dekabrın 28-də Sankt-Peterburqda keçirilən qeyri-formal sammitində görünüb. Ondan sonra Elbasını görən yoxdur, sanki yoxa çıxıb.

81 yaşlı Nazarbayev barədə ən geniş yayılmış versiya eks-prezidentin Qazaxıstanı tərk etməsidir. Lakin hara yollanıb? Ən son məlumatda iddia edilir ki, Nazarbayev Bişkekdədir. Lakin qırğızlar bu məlumatı təsdiqləmirlər. Başqa bir xəbərdə Elbasının ailəsi ilə Çindəki villasında olduğu bildirilir, daha bir mənbəyə görəsə, eks-prezident Dubaya uçub. Bütün bu versiyalar rəsmi təsdiqini tapmır.

Fakt budur ki, Nazarbayev 15 gündür ortalıqda yoxdur. Qazaxıstandakı etirazlara, Qasım-Comərd Tokayevin addımlarına reaksiyası da bəlli deyil. 12 il Nazarbayevin müşaviri olmuş Yerməhəmməd Yertısbayev hesab edir ki, eks-prezidentin yoxa çıxması onun ağır xəstəliyi ilə bağlı ola bilər, xəstə olmasaydı, çoxdan xalqa müraciət edərdi.
Nazarbayevin görüntü və ya videomüraciətinin olmaması belə söz-söhbətlərə rəvac verir ki, Elbası ya komadadır, ya da həyatını itirib. Əks halda, nədən birinci prezident susur və ya görünmür?

2019-cu ildə Qazaxıstanda prezident hakimiyyətinin tranzitinə start veriləndə Nazarbayev 1991-ci ildən sədri olduğu Qazaxıstan Respublikası Təhlükəsizlik Şurasına (TŞ) rəhbərliyi Tokayevə ötürməmişdi. Qazaxıstanda bu il başlayan etirazların 3-cü günündə – yanvarın 5-də Tokayev Nazarbayevi TŞ sədrliyindən kənarlaşdıraraq bu mühüm posta özünü təyin etdi. 2017-ci ildə qəbul edilmiş “Qazaxıstanın Təhlükəsizlik Şurası haqqında” qanuna əsasən, “ölkənin birinci prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının ömürlük sədridir”. Yəni, qanun Tokayevin Nazarbayevi TŞ sədrliyindən kənarlaşdırmasına imkan vermir. Tokayev Elbasının yerinə özünü təyin edəndə əksəriyyət bunu qanunu pozmaq kimi dəyərləndirmiş və fakta sadəcə ikinci prezidentin birinci prezdentı sıxışdırmağa başlaması kimi baxmışdı.

Tokayevin qanunu pozması non-sensdir. Prezident hökuməti istefaya göndərmiş, hakimiyyətin yüksək postlarında təmizliyə başlamışdı. Bütün səlahiyyətləri əlində cəmləyən adamın qanunu pozmağa gərəyi yox idi.

Tokayev TŞ-nin ömürlük sədri Nazarbayevi o zaman qanunu pozmadan vəzifəsindən kənarlaşdıra bilərdi ki, Elbasının koma vəziyyətində real dünya ilə əlaqələri kəsilsin və ya dünyasını dəyişsin.

“Nazarbayev hardadır” sualına artıq belə korrektə etmək lazımdır: Elbası sağdırmı?

Qəzənfər Həmidoğlu

Xəbər 1541 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +