AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


18.09.2017  14:26 

Azərbaycanlı milyarder ailəsinin cinayətləri: Yanğın və qətllər





A+  A-

Telman İsmayılov axtarışa verilə bilər
Azərbaycanlı milyonçu, iş adamı, Rusiyanın ən məşhur bazarlarından biri olmuş "Çerkizov"un, dünyanın ən lüks otellərindən hesab edilən "Mardan Palace"nin keçmiş sahibi AST Telman qarşı yaxın zamanda cinayətkar qruplaşma yaratmaq, qətl ittihamı ilə bağlı açılan cinayət işi ilə bağlı axtarışa verilə bilər.
Məlumata görə, Rusiya İstintaq Komitəsi bu məsələni araşdırmağa başlayıb.

"Rosbalt"ın mənbəsinin məlumatına görə, İsmayılovlar ailəsinin rəhbərlik etdiyi cinayətkar qruplaşma hazırda 2 nəfərin qətlində, qanunsuz olaraq odlu silah daşımaqda ittiham edilir. Bundan başqa İsmayılovlar daha 3 nəfərin qətlində, yandırma yolu başqasını əmlakını qəsdən məhv etməkdə də şübhəli bilinirlər.

"Reallıqda onların aiddiyyatının olduğu ehtimal edilən qətllərin sayı onu keçib. Telman İsmayılovun qardaşı Rafiq İsmayılovun sağ əli olan Harri Belotserkovski istintaqa fəal şəkildə ifadələr verir. Ehtimala görə, məhz Rafiq ailədə güc məsələlərindən məsul olub, kriminal aləmlə əlaqədə olan şəxs hesab edilib.

Harrinin ifadəsində qeyd edilib ki, 2000-ci ildə o Rafiqlə "Praqa" restoranına gedib. Məhz orada qardaşlar arasında danışığın şahidi olub. Söhbətin mövzusu isə Andrey Lobanov adlı avtoritetin aradan götürülməsi idi. Bir neçə gün sonra isə Rafiqin iki adamı Lobanovu atəşə tutub. Nəticədə o ölüb, cangüdəni isə yaralanıb.

Münaqişənin səbəbi sadə idi - paytaxtda bəzi ticarət məntəqələri üzərində nəzarəti ələ keçirmək. 1990-cı illərin sonunda İsmayılovlar ailəsi Şimal administrativ dairəsindəki gəlirli obyektlərə göz qoyur. Söhbət Lianozovsk bazarı, Qərbi Dequnino bazarı və bir neçə ticarət mərkəzindən gedir. Ailənin istədiyi obyektlər əsasən lideri Andrey Lobanov olan "koptevsk" qruplaşmasının nümayəndələrinə məxsus olub.

Beş il ərzində minimum 7 avtoritetin öldürüldüyü qeyd edilir. Əsas akord isə 2005-ci ildə Lianozovsk bazarının yandırılması oldu. İstintaq bu hadisənin də İsmayılovların tapşırığı ilə törədildiyini ehtimal edir.
"Koptevsk" qruplaşması və onlara bağlı iş adamları AST Telmanın iddiaları ilə razılaşmaq və ailə ilə əməkdaşlığa məcbur oldular.

Lakin bir müddət sonra İsmayılovlar bütün obyektləri satdılar və razılaşmaya əsasən gəlirin bir hissəsini şəriklərinə verməli idilər. Məsələn, iş adamı Vladimir Savkinin payı 5.5 milyon dollar idi. Amma onu aldatdılar. israr edəndə isə Savkin öz tanışı ilə maşınında güllələndi.

R.İsmayılov bu hadisədən sonra saxlanıldı. Onun qardaşı Vaqif (DİN-nin keçmiş yüksəkrütbəli əməkdaşı) xtarışa verilib.

Ötən həftə T.ismayılovun mənzillərində axtarışlar aparılıb. "Bu işdə ancaq Telmanın deyil, oğulların da adı hallanır. Hər şey yaxın zamanda Telman ismayılovun da axtarışa veriləcəyinə doğru gedir", deyə saytın mənbəsi qeyd edib.

(istipress.com)

Xəbər 1134 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +