AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


18.09.2017  10:18 

“Sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim” - Amaliya Pənahova





A+  A-

“Senzuranın olmasının sovet dövründə öz ifratları var idi, olmamasının da indi bir başqa ifratları var. Ümumiyyətlə, bu sözü bizdə düzgün anlamırlar deyə düzgün də aşılmırlar. Bəyəm senzura kiminsə əlində dəyənək başının üstündə durub sənə nəyisə diktə etməsidir, ya senzuranın olmaması ağzına yiyəlik etməməkdir? Ortaq məxrəc var ki, mənəviyyata xidmət edir, bax həmin məxrəcə gəlmək lazımdır. Hər açıq-saçıqlıq və ya hər deyilən söz hələ sənət demək deyil”.
XəzərNews.az xəbər verir ki, bunu kulis.az-a müsahibəsində xalq artisti Amaliya Pənahova deyib. O, bildirib ki, bizim tamaşaçılarımız hələ açıq – saçıq səhnələrə alışmayıb və bunu birdən-birə həzm etdirmək olmazDigər tərəfdən bizdə bu səhnələri professional səviyyədə çatdıra bilmirlər: “Mən “Təhminə”də açıq heç nə görmürəm. Tamaşasını Fuad Poladovla mən ifa edirdim. Biz o yüksək sevgi səhnələrini çox estetik şəkildə canlandırmışdıq, bununla heç kəsin duyğularını qıcıqlandırmamışdıq. Hər dövrün, hər tamaşaçının öz zövqü, öz dünyagörüşü var. Mənim müəllimlərim olmuş Ədil İsgəndərov, Tofiq Kazımov deyirdilər ki, heç vaxt tamaşaçının zövqüylə addımlamayın, çalışın siz tamaşaçını öz ardınızca apara biləsiz. Tamaşaçılar da gərək filmin bədii tərəfinə baxsın da, uyğunsuz olan bir nöqtədən yapışmasınlar”.

A. Pənahova deyib ki, “Təhminə” rolunu o oynamaq istəyib: “Filmdə mən çəkilmək istəyirdim, bu istək neçə ildir ki, mənim ürəyimdə qalıb. O zamanlar mənə sirr idi ki, niyə Rasim Ocaqov mənə heç təklif də etmədi? İstanbulda Beynəlxalq kino festivalında olanda, rəhmətlik Ocaqovla söhbət açıldı, o mənə gözəl sənətkar olduğumu dedi, mən də izin vermədim ürəyimdə qubar qalsın, dedim, mən gözəl sənətkar olsaydım, siz “Təhminə”yə çəkərdiniz. O da heyrətlə bir mənə, bir yoldaşıma baxdı və dedi: “Filmdəki açıq səhnələrə görə rolu sənə təklif etməyə ürək etmədim, qorxdum birdən razılaşmazsan”. Sizə dediyimi o zaman ona da demişdim ki, filmdə açıq heç bir şey görmədim və mən o sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim. Ona görə də bir neçə il öncə düşünmüşdüm ki, eyniadlı filmi özüm fərqli şəkildə çəkim və baş rolu da özüm ifa edim”.

Xəbər 1371 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +