AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


16.09.2017  14:37 

Nazim İbrahimovun korrupsiyada ittiham olunan məmuru tədbirinə çağırmaqda məqsədi nədir?





A+  A-

Minval.az saytı Diasporla İş üzrə Dövlət Komitəsinin Kiyevdə təşkil etdiyi Avropa azərbaycanlılarının Konqresi ilə bağlı tənqidi materialla çıxış edib.
XəzərNews.az məsələnin aktuallığını nəzərə alaraq həmin yazını Azərbaycan dilində təqdim edir:

Bu və ya digər struktur, nazirlik və ya idarə səmərəli fəaliyyət göstərmədikdə bunu keçirdiyi mənasız tədbirlərlə əvəz etməyə çalışır. Düzünü desək, çox uğursuz və lazımsız əvəzləmədir, amma əsl dərd, problem öz fəaliyyətsizliyini gizlətməməyə çalışmaqdır.

Söhbət nədən gedir? Ümumilikdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən danışıram. Ələlxüsus da, bu orqanın Kiyevdə keçirdiyi Avropa azərbaycanlılarının Konqresinin (AAK) iclasından.

Əgər yerli KİV-in məlumatlarına inansaq, həmin konqresin iclasında Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, AAK-nın prezidenti Sahil Qasımov, Niderland, Belçika, Finlandiya, İsveç, Almaniya, Fransa, Macarıstan, Estoniya və Ukrayna diaspora təşkilatlarının nümayəndələri iştirak edib.

Sanballı səslənir? Reallıq isə bundan ibarətdir ki, bu, dünyanın müxtəlif ölkələrinin Nazim İbrahimovun loyal yanaşdığı diaspor nümayəndələrinin toplantısı idi. Ukraynada müxtəlif diaspor təşkilatları fəaliyyət göstərir. Tədbirə dəvət edilənlər arasında Birləşmiş Ukrayna azərbaycanlılarının konqresinin sədri Rövşən Tağıyev xüsusi diqqət çəkirdi. Xatırladaq ki, bu yaxınlarda R.Tağıyev Ukrayna ermənilərinin milli konqresinin sədri Aşot Ovannesyan tərəfindən Azərbaycanın əsl vətənpərvəri adlandırılmışdı. Deyəsən A.Ovannesyanın R.Tağıyev haqqında söylədiyi bu fikri ilə Nazim İbrahimov da razıdır.

Axı belə səs-küylü qalmaqda adı hallanan, ofisi olmayan təşkilata sədrlik edən bir şəxsin qurultaya dəvətinin səbəbini başqa cür izah etmək mümkün deyil. Bundan başqa R.Tağıyevin vətənpərvərliyi çox fraqmentar şəkildə təzahür edir. Çünki ermənilərin Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi, nəticədə iki yaşlı Zəhra Quliyevanın qətlə yetirildiyi növbəti təxribatından, sonra onun Ukraynanın hər hansı nüfuzlu KİV-də çıxış etdiyini görmədik. Yəqin ki R.Tağıyev cənabları çox sevdiyi şəxsiyyəti ilə məşğul idi.

Müqayisə üçün qeyd edim ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu erməni təxribatı haqqında məqalələrində, Ukrayna KİV-nə verdiyi müsahibələrində fəal şəkildə danışırdı. Onunla yanaşı bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov da bu faciə haqqında bir neçə dəfə açıqlama verib, müəllif yazıları ilə çıxış edib. Amma nə Azərbaycanın Ukraynadakı səfiri A.Xudiyev, nə də KAMU-nun sədri Kiyevdə keçirilən konqresdə iştirak etmirdi.

İş həmin tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin yalnız səviyyəsiz hazırlaşmasında deyil, eləcə də Nazim İbrahimovun şəxsi münasibətləri ilə dövlət maraqları və onun bir məmur kimi öhdəçiliyində olan vəzifələrlə səhv salır. Çünki onun vəzifəsinin təyinatı diasporumuzu ayırmaq deyil, birləşdirməkdir. Amma təəssüf ki, N.İbrahimova tutulacaq yeganə irad bu deyil.

Kiyevdə keçirilən konqresə Ukraynanın Dövlət Fiskal xidmətinin sədri vəzifəsindən azad edilmiş Roman Nəsirovun dəvət edilməsinin də məqsədi aydın deyil. Əgər unudan varsa, xatırladım ki, Nəsirov Milli korrupsiya əleyhinə büro və Xüsusi korrupsiya əleyhinə prokurorluq tərəfindən hakimiyyətindən və səlahiyyətindən sui-istifadə ittihamı ilə istintaqa cəlb edilmişdi. Bu sui-istifadə nəticəsində DFX-nin büdcəsinə 2 milyard qriven ziyan dəymişdi.

İstintaqın məlumatına görə, R.Nəsirov vəzifədə olarkən, fırıldaqçılıqda ittiham edilən, qaçaq deputat Aleksandr Onişenkonun maraqlarına xidmət edən qərar qəbul edib. Xatırladım ki, 2017-ci ilin mart ayının 7-də Solomensk rayon məhkəməsi Nəsirova dair həbs cəzası hökmü çıxarıb. Martın 16-da həyat yoldaşının ödədiyi 100 milyon qriven girov müqabilində azadlığa buraxılıb.

Belə cinayətlərdə ittiham edilən şəxs, qeyd edim ki, ittihamlar hələ də qüvvədədir, Avropa azərbaycanlılarının Konqresinə dəvət alır. İstintaqda fiqurant olan adamın diaspor məsələlərinə nə faydası ola biləcəyini yalnız N.İbrahimov bilir. Mən isə hesab edirəm ki, R.Nəsirovun bu tədbirə dəvət edilməsi tədbirin nüfuzunun aşağı düşməsinə böyük təsir edib. Bu hələ son deyil. Yuxarıda hansı ölkələrdən qonaqların olduğunu sadaladım. İndi isə belə bir sual vermək istərdim: Həmin qonaqların təmsil etdikləri Avropa ölkələrinin neçə KİV-də bu Konqres haqqında məlumat verildi? Cavab: heç birində. Bu isə Nazim İbrahimovun dövlət büdcəsindən Komitə üçün ayrılmış vəsaitin hesabına dostları üçün təşkil etdiyi toplantının səmərəsinin sıfıra bərabər olduğunu göstərir. Bundan başqa, qeyd etmək istərdim ki, yuxarıda adı çəkilən Avropa ölkələrində yerli cəmiyyəti mütəmadi olaraq Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri, Azərbaycanın bugünkü nailiyyət və uğurları barədə məlumatlandıran qüvvə kimi Azərbaycan diasporunun rolu ümumiyyətlə görünmür. Dərhal vurğulamaq istərdim ki, mən KİV-də birdəfəlik məlumatlardan deyil, müntəzəm və mütəmadi olan məlumatlardan danışıram.

Beləliklə, bizə diasporla iş üzrə Dövlət Komitəsi indiki halı və rəhbərliyi lazımdırmı? Əminəm ki, xeyr. Mənim fikrimcə Nazim İbrahimov dünyada Azərbaycan diasporunun işini tənzimləməyə qadir olmadığını böyük məharətlə sübut edib. Onun qabiliyyətinin ən yüksək məqamı dövlət büdcəsindən ayrılmış pulla tədbirlərin keçirilməsi ilə gözə kül üfürməkdir. Amma Azərbaycan hazırda vəsaitin qənaət rejiminə keçməlidir. Bu səbəbdən də Diasporla İş üzrə Dövlət Komitəsi kimi səmərəsi olmayan təşkilatın saxlanılması mənə bahalı həvəs kimi görünür. Hesab edirəm ki, 2016-cı ilin noyabrında Diasporla İş üzrə Nazirliyinin ləğv edildiyi Gürcüstanın təcrübəsindən bəhrələnmək lazımdır. Eyni şeyi bizdə tətbiq etmək olar. Əminəm ki, diaspor üzrə işin koordinasiyası Azərbaycan XİN-ə tapşırıldıqdan sonra həm dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporlarının ölkənin səfirlikləri ətrafında birləşdiyini görməklə yanaşı, onların, o cümlədən də yerli ictimaiyyətin Qarabağ münaqişəsi və ölkəmizin fəxr etdiyi nailiyyətlər barədə məlumatlandırma sahəsində işinin səmərəsinin də şahidi olacağıq.

Xəbər 1757 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +