AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


01.01.2024  23:03 

Vəkil özünü bu səbəbə görə yandırıb: Müstəntiqə verdiyi 10.000 manat pulu geri ala bilmirmiş





A+  A-

“Media nümayəndələri məndən nəsə bilib bilmədiyimi soruşurlar. Sonuncu dəfə cümə günü whatsapp vasitəsilə danışmışam. Son olaraq dost kimi deyim ki, haqqı üzərimdə qalmasın. Tanıdığım, sözünə bütöv tək-tük insanlardan biriydi”.

Bunu bu gün vəfat edən vəkil Zaur Məmmədovun dostu Aşur Bədəlsoy sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Zaur intihardan əvvəl ona Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10.000 manat pul verdiyini deyib:

“İşin həll olmadığını müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin də bunu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini dedi. Zaur müəllim də çarə tapmadığını və özünü yandıracağını dedi. Səhəri gün də müstəntiqlə görüşəcəyini olmasa özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını dedim. Səbrli olmağını dedim. Və bir də bir neçə başqa işlərdə pullar verdiyini dedi. Onlar da buna bəlli zaman vaxt verdiyini və o zaman həll edəcəklərini bildirdiyini dedi. Bugün səhərdən də əlaqə saxlaya bilmədim”.

Gununsesi.info araşdırması zamanı isə bəlli olub ki, Zaur Məmmədovun kollegiya ilə hər hansı problemi olmayıb.

Onun sosial şəbəkə hesabında bütün paylaşımları kollegiyanın tədbirləri barədə olub.

Zaur Məmmədov sonuncu paylaşımında isə bugünlərdə Prezident tərəfindən təltif edilən həmkarı barədə xəbəri paylaşıb.

“Zaur Məmmədovun kollegiya ilə hər hansı problemi olmayıb. Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi”. Bunu Gununsesi.info-ya açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Zaur Məmmədovun intihar etməsi faktına münasibət bildirərkən deyib.

Anar Bağırovun sözlərinə görə, olay haqqında eşidərəndə Salyan Bürosunun sədri ilə danışıb: ”Büro rəhbəri dedi ki, son zamanlar gərgin idi. Amma kollegiya ilə arasında hansısa problem olmayib. Hər halda araşdırma zamanı onun niyə intihar əl atması üzə çıxacaq“.

Xəbər 1226 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +