AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


01.01.2024  18:41 

Buraxılış kartı... - Qaydalar hazır deyil, amma cərimə qüvvəyə minib





A+  A-

Xəbər verdiyimiz kimi bu gündən sərnişin və yük daşınma qaydalarının pozulmasına görə yeni cərimələr qüvvəyə minir.

Xəzərnews.az xəbər verir ki, dəyişikliyə əsasən, buraxılış kartı olmadan və ya sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi fəaliyyəti göstərən şəxslər 40 manat məbləğində cərimə edilməlidir.

Nəqliyyat eksperti Ərşad Hüseynov yeni qərarla bağlı paylaşım edib. Ekspertin sözlərinə görə, dəyişiklik bu gündən tətbiq edilə bilməz və taksi sürücülərinə heç bir yeni cərimə yazılmayacaq: “Taksi fəaliyyətində müxtəlif qanun pozuntularına görə yeni cərimələr formal olaraq bu gündən qüvvəyə minsə də, tətbiq edilə bilməyəcək. Ona görə ki, taksi fəaliyyəti üçün yeni icazə sistemi hələ işə düşməyib. AYNA yeni sistemi tam işə salmalıdır, bu fəaliyyət üçün buraxılış vərəqələri və buraxılış kartları verilməlidir. Yalnız ondan sonra bu vərəqə və kartı almadan fəaliyyət göstərənlərə cərimə yazılması mümkün ola bilər. Hələlik heç kimə buraxılış vərəqəsi və buraxılış kartı verilməyib və verilmir. Hətta bu vərəqə və kartın verilməsinin bütün şərtləri (bütün tələblər) hələ tam hazır deyil. Onların verilmə proseduru da tam müəyyən edilməyib (yəqin ki, xüsusi elektron portal üzərindən rəsmiləşdirmə həyata keçiriləcək). Qeyd etdiyim məsələlərə tam aydınıq gətirilib, texniki məsələlər də həll edilənədək heç kimə yeni cərimələr yazıla bilməz və yazılmayacaq”.

Ə.Hüseynov vurğulayıb ki, taksi sürücüsü üçün 2000 manatlıq cərimə, ümumiyyətlə, mövcud deyil: “Belə böyük məbləğli cərimələr yalnız taksi sifarişi operatorları (aqreqatorlar) və taksi şirkətləri barəsindədir. Taksi sürücüsü barəsində buraxılış kartı olmadan bu işlə məşğul olmağa görə cəmi 50 manat cərimə nəzərdə tutulur. Eyni sürücü bunu il ərzində təkrar törətdikdə isə 80 manat cərimə var. Taksi sürücüsünə bundan artıq cərimə nəzərdə tutulmur. Digər tərəfdən, hələlik bu yeni cərimələri tətbiq edəcək dövlət orqanı da müəyyən edilməyib. Bu barədə Prezidentin fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin tətbiqi barədə Fərmana dəyişiklik olmalıdır. Həmin dəyişiklik də yoxdur. Ən əsası, hələlik bu cərimələrin heç biri tətbiq edilə bilməyəcək”.

Xəbər 1178 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +