AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


27.11.2023  11:50 

Bazarda 1,5 milyonluq taxtası yanan keçmiş məmur olub





A+  A-

Bir neçə gün əvvəl yanğın baş verən "Taxta bazarı"nda zərərçəkənlərdən biri keçmiş məmurdur.

Xəzərnews.az xəbər verir ki, sözügedən şəxs sahibkar Əmrah Cəfərovdur.

O, uzun müddət keçmiş Nəqliyyat Nazirliyində işləyib. Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı sərnişin və yük daşımalarının təşkili İdarəsinin rəis müavini və Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini vəzifələrində çalışıb. Eləcə də Bakı Nəqliyyat Agentliyinin taksi fəaliyyətinin planlaşdırılması şöbəsinin müdiri olub.

Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ə.Cəfərov yanğında ən çox zərərçəkənlərdən biridir. O, İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bir milyon yarımlıq malı yanaraq külə dönüb. Zərərçəkən yanğından bir gün əvvəl obyektə bir vaqon mal gətirildiyini söyləyib. Sahibkar yanaraq külə dönmüş obyektinin 800 kvadrat metrə yaxın olduğunu bildirib.

Qeyd edək ki, noyabrın 23-də Dərnəgüldə yerləşən "Taxta bazar"ında güclü yanğın baş verib. Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanıb. Yanğın söndürülsə də, sahibkarlara xeyli sayda zərər dəyib. Fakta görə cinayət işi başlanıb.

Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 921 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +