AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


25.11.2023  19:16 

Cənab Abdullayevdən bir neçə addım öndəyəm...





A+  A-

Psixoloqlar deyirlər ki, tərəflərdən biri mübahisəni beş-on dəqiqədən çox davam etdirirsə, onun problemi özü ilə bağlıdır, qarşı tərəflə deyil.

Neçə gündən bəri Çingiz Abdullayev mövzusu davam edir. Daha doğrusu, mövzu gündəmdən düşməyə yaxın həşəmətli yazarımız bir status paylaşıb gündəmdəki yerini qoyur.

Kubranın bir anlıq reflekslə, bəlkə, özünün də sonradan tövsif etmədiyi, ancaq ağızdan çıxan bir sözü bu qədər böyütmək, Yazıçılar Birliyinin və dövlətin imkanlarından istifadə edərək bir çox dillərə dərc olunan kitabları gözümüzə soxmaq normal hal deyil. Dünən paylaşdıqlarına baxdıq, dünya şöhrətli yazar kimi təqdim etdiyiniz yazarın kitablarını nə “Random House”, nə “McMillan”, nə də “Penguin” çap edib. Əksər nəşri öz yayın evimiz olan “Teas Press” çap edib. Yəni özümüz çalıb, özümüz oynamışıq.

Ona qalsa, təvazökarlıqdan uzaq olsa da, Türkiyənin ən məşhur yayın evi olan “Kırmızı Kedi” Yayın Evinin yazarı olaraq cənab Abdullayevdən bir neçə addım öndəyəm. Səhvəmsə, Mayis ustadım səhvimi çırpsın üzümə.

Bu duruma anormal durum da deyə bilərdik, ancaq bu dəfə də “Azərbaycan anormal fransız dilində” statusla qarşılaşa bilərik.

Əlbəttə, kimsənin kimsəni təhqir etmək haqqı yoxdur. Bəs Çingiz Abdullayevin şəxsinə deyil, kitablarının mövzusuna o sözü deyən xanımın neçə gündən bəri yazar-trolların ağır şəkildə təhqirlərini hara yazaq? Bir Azərbaycan xanımına qarşı təhqiri körükləmək Çingiz Abdullayevə nə qazandırır?

Üstəlik, o kriminal kitablar maarifləndirici bir rola sahib deyilsə, onlar insan beyni üçün lazımsız materiallardan başqa bir şey deyil. Əlbəttə, biz də böyük yazarlarımız olsun istəyirik. Necə ki Nizamidən Hüseyn Cavidə qədər böyük ədəbi nəslə sahib bir millətik. Çingiz Abdullayev də bizim önəmli yazarlarımızdandır. Ancaq bu gün onun ən böyük düşməni o-bu deyil, özüdür. Özü özünü bitirir hər dəfə.

Çünki Çingiz Abdullayev “Facebook”a gələnə qədər bir mifdi. Artıq o mif yoxdur. Cənab Abdullayev də bunun fərqindədir. Bunun üçün hücum edir. Bunun üçün özünü gündəmdə saxlamaq, haqqı tapdanmış obrazı yaradır. Kimlərisə üstüörtülü şantaj edir. Halbuki onun bir yazıçı kimi sahib olduğu imtiyazlar heç gözümüzü dünyaya açdıqdan bəri Yazıçılar Birliyinin sədri olaraq gördüyümüz Anarda belə yoxdur.

Xidmətləri yoxmu? Əlbəttə, var. Ancaq o xidmətləri qabardıb toxunulmazlığa iddialı olmaq, haqqında deyilən hər sözü qılınc-qalxanla qarşılamaq, haqqında deyilən sözə görə verilən töhməti qəbul etməyib dağ ağacı tələb etmək hörmətli Çingiz müəllimin səhhəti ilə bağlı narahatlıqdan xəbər verir.

Nə edilməli? “Çingiz Abdullayevi qoruma” qanunumu çıxaraq? Onu tənqid edənləri tonqaldamı yandıraq? Kubranı saçlarından hansısa ata bağlayıb, şəhər içindəmi sürüyək? Nə edək ki, Çingiz müəllimin ürəyi soyusun?!

Qısacası, insanın özünə vurduğu ziyanı kimsə vura bilməz. Bunu Çingiz Abdullayev bir daha göstərdi. Əl üstündə tutulub, imtiyazlara boğdurulanda, zəhmətin nə olduğundan xəbərsiz olanda büt belə dağılır…

Aqil Ələsgər

Xəbər 1237 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +