AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


23.08.2023  14:58 

Obyekt hazır olana qədər onu “görməmək” - Replika





A+  A-

Artıq vərdişmi deyək, həyat tərzimi deyək, ya ehtiyacmı deyək, gözümüzü yuxudan açan kimi telefona - sosial şəbəkələrə baxırıq.

Günün mövzusu ilə tanış olub, gedirik əl-üzümüzə su vurub tam ayılmağa. Bəzən elə xəbərlər olur ki, suya ehtiyac olmur, yerindən dik atılıb qalxırsan. Məsələn: Dünəndən bugünə gündəmdə yerə-göyə "sığmayan" xəbər kimi...

Məsələ budur ki, Fəvvarələr bağında (artıq orada fəvvarələrin rəmzi qalıb) tikilməkdə olan restoran sökülüb. Görüntülərdən məlum olur ki, hansısa naməlum “fağır” bəndə “Tarqovı”nın bir küncündə balaca bir restoran kimi bir məkan tikirmiş. Özü də "kasıb"ın balası tikintini daşla, betonla deyil, təbii tikinti materialı olan taxta konstruksiya ilə quraşdırırmış. Xeyli iş görülübmüş, demək olar ki. Hətta quraşdırma işləri başa çatmaq üzrə imiş...

Şair demiş: “Burdan təsədüfən keçən bir qoçu” bunu görüb və xoşuna gəlmədiyini bildirib. Dərhal bütün səlahiyyətli idarə və təşkilatlar səfərbər olub yetimin obyektinin qanunsuz olduğunu elan edərək onu sökməyə başlayıblar. Əslinə baxanda, bu sürətli ikişaf yolu ilə hədsiz sürətlə irəliləyən ölkəmizdə görünməmiş hadisə deyil. Obyekt hazır olana qədər onu “görməmək”, sonra qanunsuz deyib sahibkarın əlindən almaq, ya da sökdürmək ölkə məmurlarının ədalətli idarəetmə pirinsipləri ilə tam həmahəngdir.

Bu xəbərdə müəmma doğuran sökülən qanunsuz obyekt sahibinin və ona tikintini aparmaq icazəsi verən şəxslərin heç birinin adının çəkilməməsidir. Hətta söküntü işlərini icra edilməsinə nəzarət edən səlahiyyətli şəxslər belə özlərini təqdim etməkdən çəkiniblər. Nə sirri xudadırsa, nə tikdirənin, nə də sökdürənin adını müəyyən etmək mümkün olmayıb. Bəndəniz belə düşünür ki, bu iki səbəbdən ola bilər. Birincisi, paytaxtın mərkəzinin tən ortasında o restoranı tikən şəxs o qədər "kasıb" insandır ki, vəzifə sahibləri onun adını dillərinə əziyyət verib səsləndirmək belə istəmirlər. İkinci səbəb isə odur ki, onun adını dilə gətirməkdən çəkinirlər.

Hamıya məlum bir məqamı xüsusilə qeyd edək ki, burada tikintiyə (qanunsuz olsa belə) “icazə almaq” hər oğulun atasına xas qüvvə deyil.

Keçmiş olsun, deyirəm. Eybi yox, taxtadır. Qoluna qüvvət, daşı, 10-15 metr o yanda tik. "Obyektin" tikilsin, kimsə nəsə deyir ki...

Qadir,
Bizimyol.info

Xəbər 1265 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +