Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


03.05.2023  11:01 

“Yeni rəhbərlik dəfələrlə məni otağına çağıraraq təhqir edib...”





A+  A-

“2009-cu ildən Elmi-Tədqiqat Pediatriya İnstitutunda işləyirəm. Bu ilin mart ayından xəstəxanada rəhbərlik dəyişib. Yeni rəhbərlik işə başlayandan məni sıxışdırır, təhqir edir, işdən çıxarmaq istəyirlər”.

XəzərNews.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya “OMD” adı ilə tanınan tibb müəssisəsinin xəstə qəbulu şöbəsinin müdiri Səriyyə Quliyeva müraciət edib.

O şikayət edir ki, artıq əyləşdiyi otaqdan məcburi şəkildə çıxarılıb: “Bu il martın 1-də Elmi-Tədqiqat Pediatriya İnstitutuna Lətif Zeyniyev direktor, Aynur Poluxova isə baş həkim təyin olunub. Həmin tarixdən 10 gün sonra bütün vəzifə səlahiyyətlərim əlimdən alınıb. Yeni rəhbərlik dəfələrlə məni otağına çağıraraq təhqir edib, öz ərizəmlə işdən çıxmağımı tələb ediblər.

Problemlə bağlı Səhiyyə Nazirliyinə və Əmək Müfəttişliyinə şikayət etdikdən sonra isə məni daha çox sıxışdırıb təhqir ediblər. Hətta bununla bağlı iclas təşkil olunub və bir neçə şöbə müdiri ilə birləşərək məni şərləyib işdən çıxmağıma məcbur edirlər. Əslində mənim əmək müqaviləm müddətsizdir. Buna baxmayaraq, vəzifəmin ixtisara düşdüyünü deyirlər. Artıq əyləşdiyim otaqdan da çıxarılmışam, deyirlər ki, get həyətdə otur, səninlə işləmək istəmirik”.

S. Quliyeva deyir ki, onunla yanaşı daha 30 nəfər işdən çıxarılır: “Xəstəxananın yeni Kadrlar şöbəsinə direktor təyin olunan Vəfa Məmmədovaya dəfələrlə vəzifə səlahiyyətlərinin aşılması ilə bağlı yazılı müraciət etsəm də, nəzərə almayıb. O, mənə izahat yazdırmadan, heç bir təqdimat olmadan töhmət yazıb, L. Zeyniyev və baş həkim də təsdiq edib. Azyaşlı uşağım epilepsiya xəstəsidir, onun müalicəsi üçün poliklinikadan bülleten açdırmışdım, qanunsuz olaraq poliklinikaya zəng edib onu bağladıblar. İndi uşağımı müalicə etdirə bilmirəm. Bu vəziyyətdə olan tək mən deyiləm, mənimlə eyni vəziyyətdə 30-a yaxın işçi var”.

Problemlə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutuna müraciət etdik. Xəstəxanadan sorğumuza cavab olaraq bildirildi ki, Səriyyə Quliyevaya öz əmək funksiyalarını yerinə yetirmədiyinə görə töhmət verilib: “Səriyyə Quliyeva əmək müqaviləsi şərtlərini kobud şəkildə pozduğuna görə son 6 ay ərzində ona iki dəfə vəzifə öhdəliklərini yerinə yetirmədiyinə üçün (göndərişli xəstələrin klinikaya elektron qəbuluna mane olması) Azərbaycan Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə və Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib.

Səriyyə Quliyeva həmin əmrləri mübahisələndirməyib, bununla bağlı hər hansı bir rəsmi şikayət etməyib. Onun uzun müddət institutda işlədiyini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, onunla əmək müqaviləsinə xitam verilməyib. Lakin o, öz əmək funksiyalarını bilavasitə yerinə yetirməməkdə davam edir.

Səriyyə Quliyeva instituta öz xəstəliyi ilə bağlı əmək qabiliyyəti olmaması vərəqəsini təqdim etdiyinə, həmin vərəqədə onun özünün xəstə olması səbəbindən işdən müvəqqəti azad edildiyi barədə qeyd olduğuna baxmayaraq, sayta müraciətində xəstə uşağına qulluq etdiyinə görə evdə qaldığını göstərib”.

Xəbər 1163 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +