AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


10.04.2023  12:22 

Bu yolla yarınır, yaltaqlanırlar...





A+  A-

Azərbaycanda hansısa tanınmış şəxsin, məmurun, məmurun yaxın qohumunun, mədəniyyət xadiminin vəfat etməsi haqda xəbər tutmaq üçün yeganə ünvan rəsmi qəzetlərin nekroloq bölməsidir. Bu nekroloqlar ödənişlidir. Bir də görürsən ki, A3 formatlı qəzetin son səhifəsinin az qala yarısı başsağlıqlarından ibarətdir. Bu o deməkdir ki, vəfat edən şəxs və ya vəfat edən şəxsin yüksək vəzifəli qohumu həqiqətən də ya çox hörmətli şəxsdir, ya da o başsağlığı verənlərin başsağlığı qəbul edənlərin qarşısında böyük öhdəliyi var, ondan işi keçir, daha anlaşılan dildə ifadə etsək, bu yolla yarınır, yaltaqlanırlar...

Mənə lazım olmayan bu informasiya beyin yaddaşımda özünə niyə yer tutub, bilmirəm. İlhamə Quliyeva vəfat etmişdi. Azərbaycanda İlhamə Quliyeva qədər adının qarşısında rəsmi və qeyri-rəsmi titulları olan ikinci bir mədəniyyət xadimi olmayıb. Eyni zamanda ifası qulağa xoş gələn, sevilən mahnıları olan bir sənətkar idi. Lakin o vəfat edəndə rəsmi mətbuatda cəmi bircə başsağlığı dərc olunmuşdu. Dəqiq yadımdadır, həmin nekroloq bəstəkar, millət vəkili Novruz Aslan tərəfindən verilmişdi. İkinci başsağlığı yox idi. Niyə belə olmuşdu? Cavab çox sadədir: İ.Quliyeva baxmayaraq ki, müğənni kimi sevilirdi, amma davranışları ilə özünə qarşı böyük aqressiya qazanmışdı. Onu şəxsiyyət olaraq sevənlər yox dərəcəsində idi.

Bu gün eyni münasibətin şahidi oluruq. Akademik Milli dram Teatrının rəhbəri, xalq artisti Azərpaşa Nemətovla bağlı oxşar situasiya yaranıb. O, hələ dəfn olunmayıb. Lakin sosial şəbəkələrdə mərhum xalq artistinə qarşı nifrət göz çıxarır. Kütlə onun Fuad Poladova, Ramiz Novruza və digər sənətkarlara qarşı haqsızlığını bağışlamır. Xalqın küyə getmək, pafosa inanmaq keyfiyyətləri ilə bərabər, gözünün tərəzi kim ölçü olmaq üstünlüyü də var. A.Nemətov bu tərəzidə çəkisizlikdə qalır. Bunda isə heç kimi günahlandırmaq lazım deyil. Bunu mərhum xalq artisti özü uzun illərin yüngül zəhməti hesabına qazanıb. Tər tökmədən, gözünü qırpmadan özü haqda birmənalı imic formalaşdırıb.

Mənim bu haqda fərqli düşüncələrim var. Məsələn, düşüncəmə görə öləndən sonra onun ardınca kimin nə deməsinin həmin ölüyə heç bir isti-soyuğu yoxdur. Nəinki öləndən, hətta diri olanda belə mənim aləmimdə kimsələrin haqqımda nə deməsi, nə düşünməsi az əhəmiyyətlidir. Vacib olan odur ki, özüm öz haqqımda nə düşünürəm? Nə qədər vicdanlıyam? Atdığım addımlara görə nə qədər rahatam? Gecə rahat yata bilirəmmi? Kiminsə haqqına girmişəmmi? Nisbi olsa da başqasının deyil, öz ədalət tərəzim düzdürmü?

Əgər bu suallara cavabım pozitivdirsə, o zaman demək ki, hər şey qaydasındadır. Yox, cavab neqativdirsə, onu pozitivə çevirmək şansım varsa, bundan yararlanmaq lazımdır.



Azərpaşa müəllimin neqativləri pozitivə çevirmək üçün minlərlə şansı olub. Lakin bunu etməyib. Görünür, onun həyat fəlsəfəsi fərqli olub. Onun ədalət tərəzisi öz fəlsəfəsinə uyğun işləyib. Bu, Nemətov üçün rahat imiş. İndi kiminsə ona rəhmət diləyib diləməməsinin cansız bədəninə hansı təsiri ola bilər ki? Gəldi, istədiyi kimi yaşadı və getdi. Və bir neçə gün sonra tamam unudulacaq. Tarixdə iz buraxmadan...

Həqiqətən də hansı yaxşıdır, bilmirəm. Bəlkə, yaxşı olmaqda da bir nisbilik var?

P.S. Sənət adamları alqışı çox sevirlər. Rəhməti qoyaq bir qırağa, heç olmasa alqış qazanmağa dəyməzmi?

Elnur Məmmədli
yenisabah.az

Xəbər 1048 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +