AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


08.04.2023  10:52 

Manat avroya nisbətən dəyər itirməkdədir





A+  A-

"Avronun dollara nisbətən kursu yenidən yüksəlib. Avrozona və xüsusən də Almaniya iqtisadiyyatı ilə bağlı pozitiv rəqəmlər avronun məzənnəsini möhkəmləndirib".

XəzərNews.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib.

O əlavə edib: "Almaniyada iqtisadi artım, məşğulluq və eləcə də inflyasiya ilə bağlı göstəricilər son 12 ayda ən yaxşı hesab olunur. Avrozonada istehsalçı qiymət indeksi (PPİ) də aylıq müqayisədə 0,5 faizədək azalıb. Digər tərəfdən, ABŞ iqtisadiyyatı da rüblük hədəflərə tam nail ola bilmir. FED-in uçot dərəcəsi artımları istehlak bazarındakı qiymətləri optimal həddə saxlamaq üçün hələlik yetərli deyil. Əksinə, kredit bazarında kəskin bahalaşma müşahidə olunur".

İqtisadçı qeyd edib ki, dolların beynəlxalq ticarətdə payının azaldılması ilə bağlı səylər də güclənməkdədir:

"Çin və Braziliya qarşılıqlı ticarətdə dollardan imtina ilə bağlı danışıqları intensivləşdirərək ABŞ pulunun sövdələşmələrdə payının azaldılması istiqamətdə real addımlar atır. Rusiya tarixində ilk dəfə olaraq aylıq ticarət dövriyyəsində Çin valyutası dolları üstələyib. Mart ayında da bu tendensiya davam edib.

Manat da avroya nisbətən dəyər itirməkdədir. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, son 1 ayda manat avroya nisbətən 4,0 faizə yaxın ucuzlaşıb. Son yarım ildə isə manat avroya nisbətən 10,0 faiz dəyər itirib. Milli valyutamızın Avropa puluna nisbətən ucuzlaşması avronun dollara nisbətən kursundakı dəyişikliklər ilə bağlıdır. Manatın dollara nisbətən birbaşa, avroya nisbətən isə çarpaz məzənnəsi müəyyənləşir. Avro dollara nisbətən dəyər qazanan zaman manat da Avropa puluna nisbətən ucuzlaşır.

Avronun möhkəmlənməsi Avropadan idxal edilən malların manat ifadəsində xərcinin artmasına səbəb ola bilər. Hələlik bu məhsullarda hissedilən qiymət artımları müşahidə olunmasa da avro güclənməkdə davam edərsə, Avropa malları dünya bazarında bahalaşacaq".

Xəbər 1050 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +