AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


06.04.2023  17:57 

Turizm şirkəti dini maarifləndirmə aparacaq... – Dini Komitə 1 milyon manat ayıracaq





A+  A-

Bu gün Azərbaycan dövlətinə qarşı İranın xüsusi xidmət orqanlarının hansı hoqqabazlığı həyata keçirməsindən hər kəs xəbərdardır. Hamı yaxşı bilir və başa düşür ki, hazırda üstümüzə DİN ADI ALTINDA maskalanıb gələn İran XXO-nun və onun əlaltılarının DİNƏ heç bir formada aidiyyatları yoxdur.

Və belə bri həqiqətlərin bəlli olduğu, belə bir prədələnmiş düşmənlə üz-üzə qaldığımız bir məqamda bəzi dövlət qurumları var ki, ümumi marağızımıza dəstək olmaqdansa, əksinə, öz üzərlərinə düşən işin öhdəsindən layiqincə gələ bilmirlər ki, bunun da fəsadlarını dövlətimiz çəkməli olur.

Bunlardan biri də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Hər halda bu dövlət komitəsinin başlıca vəzifəsinin nədən ibarət olduğunu gözəl anlayırıq. Amma deyəsən, bu qurumun başında oturanların İŞTAHASI imkan vermir ki, onlar heç olmasa belə bir həssas məqamda DÖVLƏT MARAQLARINI üstün tutsunlar.

Nəticəsi isə belə olur.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi dini maarifləndirmə tədbirləri ilə bağlı işlərin və xidmətlərin satınalınması tenderinə yekun vurub.

Qalib "RR Travel Company" MMC (VÖEN: 1305786331) olub.

Şirkətlə 1 048 978 manat məbləğində müqavilə imzalanıb.

Bəli, dəyərli vətəndaşlarımız! Azərbaycanın DİNİ KOMİTƏSİ dini maarifləndirmə işini bir turizm şirkətinə həvalə edir. Hər halda, bu fakt ortadadır və kimsə iddia edə bilməz, kimsə əsaslandırmağa çalışmasın ki, bu, belə deyil və sözügedən "RR Travel Company" MMC TURİZM ŞİRKƏTİ deyil... Ən azından bu qurumu onun müştəriləri yaxşı tanıyır.

Cənablar, yəni sizlər bu ölkədə DİNİ MAARİFLƏNDİRMƏ işi kimi bir vacib işdəndəmi pul qazanmağa qalxırsınız? Əgər dövlətin bu sahəyə ayırdığı pullar hansısa GİD-ə həvalə olunacaqsa, o zaman nədən "AY İRAN ÖLKƏNİ BAŞDAN-BAŞA TUTUB" deyə bağırırıq?

Hər halda, gördüyümüz işin nəticəsinə qatlaşmalıyıq...

Bu işi isə adımızdan DİNİ KOMİTƏ görür...

Məsələ diqqətimizdədir və dia.az olaraq bu məsələ ilə bağlı bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq.../Dia.az

Xəbər 1054 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +