“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


26.05.2022  19:26 

Ərin ayağını yumalımı, yumamalımı?





A+  A-

Məktəbli vaxtlarımda gələcəyim haqda düşünəndə həmişə özümü çox-çox yuxarılarda təsəvvür edirdim. Gələcəklə bağlı arzularımın heç bir yerində məişət yox idi. Mən iş qadını olacaqdım, mən tanınmış biri olacaqdım, mənim gözüm ayağımın altını görməyəcəkdi, mən ancaq və ancaq irəli gedəcəkdim, səyahətlərdə, tədbirlərdə keçirəcəkdim günlərimi. Ekstra sosial bir həyatım olacaqdı.

Rus dili müəllimimiz vardı, olduqca fərqli biri idi. Yola getmirdik, amma onu sevirdim. Zövqlü idi, dəyişik idi, hər şey haqda açıq danışa bilirdi bizimlə, yenilikçi idi, müasir idi. Elə bilirdim ki, ona bənzəyirəm, elə bilirdim hədəflərimiz eynidir. Tez-tez qızları başına yığıb səmimi söhbətlər edərdi. Bir dəfə xatırlamıram, nəsə müzakirə edirdik. Mən mövzuya fikrimi bildirərkən sinif yoldaşıma onu aşağılamaq üçün “gedib bozbaş bişirərsən” deyib gülmüşdüm. Müəlliməm həmişəkindən çox-çox fərqlənən bir səs tonu ilə sözümü kəsib “Sevdiyin adama bozbaş bişirməkdən gözəl nə ola bilər ki, Nərmin” - demişdi. Bu cümlə, bu söz, o anki pərtliyim - bunlar yox, məhz o səs tonu qəribə şəkildə təsirləndirmişdi məni. O sərt qadından çıxan bu yumşaqlıqda böyük bir həqiqət vardı, hiss etmişdim.

İllər keçdi, böyüdükcə böyüdüm. O arzusunda olduğum yüksəkliyə doğru yüyürməyə başladım. Nəfəsim kəsildi, nəfəsim. Qalxmaq istədikcə düşdüm, sərtləşdim, kobudlaşdım, yoruldum, çökdüm. O deyilmiş, mənim yerim ora deyilmiş.

Bir də baxdım ki, evə qapılmışam, bir də baxdım ki, özümü xoşbəxt hiss etdiyim yer evdir, bir baxdım ki, bacardığım ən gözəl iş yemək bişirməkdir, bir də baxdım ki, ən çox ana ola bilirəmmiş…

İki gündür Lalə Azərtaşın məlum videosu ətrafında müzakirələr gedir. Təbii, xanımın ifadə tərzi o qədər də xoşagələn deyil. Amma məncə, bu qədər adamın narahatlığı məhz bu deyil. Siz hamınız ona görə cin atına mindiniz ki, mənzərəni fərqli təsəvvür etdiniz.

Məsələn, tanımadığınız, yad bir insan ayaqlarını suya qoyub və siz o ayaqlara toxunursunuz. Mənim də ürəyim bulandı, haqlısınız. Bir də başqa cür təsəvcür edək, sevdiyiniz insan oturub o adamın yerində. Fikriniz dəyişdimi? Mənim bulantım keçdi...

Yurdum insanının sevgi anlayışı fərqlidir, qısıtlıdır, sarsıdıcıdır, müvəqqətidir, yalnız hormonlarına xidmət edir. Bütünləşə bilmirik, bilsək iyrənməzdik. Öz ayağınızdan iyrənirsinizmi, məsələn?

Dediyim odur ki, ömrünü paylaşdığın insana qulluq etmək sənə əzab kimi gəlirsə, sən haqlısan. O su , o mənzərə ürəyini bulandırırsa- sən haqlısan. İçində olduğun münbasibət bunu gərəkdirir -iyrənməyi.

Əgər qulluq etməkdən, yemək bişirməkdən, özənməkdən həzz alırsansa, əlinlə suyun temperaturunu ölçürsənsə tez-tez, iyrənmirsənsə o suya toxunmaqdan - sən sevirsən.
Sən ərinin ayağını yuyub suyunu içməməlisən. Bunu sənə arzulamıram.

Sənə bu qədər gözəl sevməyi arzulayıram, gözəl qadın...

Nərmin Hüseynzadə


Xəbər 8000 dəfə oxunub.




15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +