“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


20.03.2022  22:22 

Arxipoviçlər və Lyonkalar





A+  A-

19-cu əsrin Rusiyası. Dünyanın sonuncu ağdərili qullarının -rus təhkimlilərinin barin-quldardan asılılığı yenicə ləğv olunub. Fəqət barindən azadlıq əldə edən 10 milyonlarla mujik ac-yalavac, sərgərdan qalıb, bütün torpaq yenə də zəmindarlardadır.

Mujiklər axın- axın şəhərlərə axışır, yeni yaranan fəhlə sinfinin, bir az uğurlular (Savva Morozov kimilər) burjuaziyanın sıralarını artırırdılar. Ya da milyionlarla ac kütlə bir at və ya öküz arabası, 300 rubl pul, bir neçə desyatin torpaq alma vədilə Qafqazların, Sibirin, Uralın, Şimali Qazaxıstanın tuzemetslərdən - yerli xaqlardan, yəni bizdən təmizlənmiş torpaqlarına sürülür, mərkəzi Rusiyada sosial gərginlik bu yolla azaldılmağa çalışılırdı. Bu köçürmələrə qarşı Azərbaycanda, xüsusən Muğanda üsyanlar da qeydə alınmış, hətta yoldaş Ulyanov-Lenin baba da o üsyanlar haqda nəsə yazmışdı. Lakin kütləvi köçlər də kömək etmirdi.

O milyonların bir hissəsi elə mərkəzi Rusiyadaca gəzib dolaşır, quldurluq, qarətçilik, dilənçilik edirdilər. Mərkəzi rus vilayətlərinə yaxın yerlərdə yaşayan xalqlar - fin-uqor, türk, balt mənşəli xalqlar o ac sürüdən zülm çəkirdi. Yalnız onlar deyil, təhkimli(kölə) sistemi görməmiş slavyan qardaşlar – maloruslar və ya kazaklar da (indiki ukraynalılar) ac sürünün reketindən qurtula bilmirdi. Ac mjiklərin reket yürüşlərinə aid, yəqin ki, çoxluğun tanış olduğu bir ədəbi mətn də var - “Arxip baba və Lyonka” hekayəsi.

...On bir yaşlı Lyonka və onun babası Arxip ac Rusiyanı tox kazak yurdundan ayıran Kuban çayını bərə ilə keçib, stanitsaya daxil olurlar. Müəllifin - Maksim Qorkinin bir dəri - bir sümük kimi təsvir etdiyi nəvə-baba.

Arxip baba sinəsində küt, sıxıcı ağrı hiss edir, ölümü düşünür və gələcəyi üçün narahat olduğu nəvəsini qoyub getməyə adamı olmadığından şikayətlənir.

Baba - nəvədən fərqli olaraq, kazaklar güclü, tox, işdən qaçmayan əsil kişilərdir. Baba və Lyonka ayrı-ayrılıqda dilənmək üçün ayrılırlar. Sonda görüşəndə bəlli olur ki, baba “onun mənafeyi üçün” stanitsadan (kazak yurdundan) gümüşü xəncər və balaca qızcığazın yaylığını da oğurlayıbmış. Babanın oğurladıqlarını qənimət kimi mənimsəyib geri qaytarmamasına qəzəblənən saf Lyonka ondan ayrılıb geri - stanitsaya getmək istəyir. Və səhər hər iksi - həm baba, həm də Lyonka donmuş halda tapılırlar.

O hekayənin təsvir edildiyi dövrdən 150 ilə yaxın müddət keçib. Kuban daha ukraynalı etnik ərazi sayılmır, Rusiyanın bir hissəsidir. Oranın sakinləri hələ də “ko”, “enko” sonluluqlu familya daşıyıb “govorit” əvəzinə “hovorit” demələrinə, çərkəzi çuxa, papaq geyib, ləzgihəngiyə qol götürmlərinə rəğmən sadəcə rus yox, millətçi - derjvanik rus kimi yetişdiriliblər. Amma Arxip və bioloji varisləri indi Kubanla kifayətlənmirlər, Nemettçinada (azərbaycanlılar demişkən kollektiv Qərbdə) kimlərsə onların xətrinə dəyib, onlar da hirsini böyük stanitsanın - Ukraynanın üstünə tökmək, ordan gümüşü xəncərlər və yaylıqlar (yəni sərvətlər) çırpışdırmaq istəyirlər. Arxipoviçlər əmindirlər ki, malorusların sərvətlərinə onlar əl qoymasalar, Nemettçinada gələnlər bunu edəcək, ya da yenə də maloruslar özləri gedib Avstriya Macarıstanın, Reçpospolitanın varisi olan ölkələrin tərkibinə girəcəklər. Bəlkə də əmin deyillər, amma 19-cu əsrdən fərqli olaraq indi əllərindəki təbliğat aparatı vasitəsilə Lyonkaların saflığını istismar edərək bu cəfəngiyata inandırmağa nail olublar. Lyonkalardan Vittenin arzuladığı sayaq əsil derjava vurğunu, imperiya hərisi, çarobojnik (çarı Allah bilən) “çernosoten”çi düzəldə biliblər. Hərçənd çar indi maviqanlı romanovlardan deyil, keçmiş arxipoviçlərdən biridir. Özü də, hələ də 19-cu əsrin xülyalarından qurtula bilmir, Uşakovun vurğunu, Vittenin, Uvarovun adepti, İlyinin düşkünüdür.

Bəzi iddilara görə, indiki arxipoviçlər də Arxip baba kimi xəstəliklərlə əlləşirlər, öz iddialarına görə isə buz baltası kimi sapsağlamdırlar. Hər nə də edirlərsə, Lyonkalar üçün, onların gələcəyi üçün edirlər. Hərçənd arxipoviçlər öz bunkerlərindən nüdurətən çıxırlar, amma "xoş gələcək" naminə təhrik etdikləri Lyonkalar çayı - bu dəfə Dnepr çayını keçib böyük stanitsaya -Ukraynaya doluşublar.

...Və Lyonkalar yenə donurlar, donmayanları da kazaklar qırırlar. Arxipoviç babaların nə veclərinə; onlar ki donmurlar.

Cəmaləddin Quliyev

Xəbər 8754 dəfə oxunub.




15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +