“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


08.03.2022  21:17 

Murdar və fitnəkar davranışlarından əl çəkmirlər...





A+  A-

44 günlük Qarabağ savaşında birmənalı yanımızda olan və qələbəmizin əldə edilməsində bizə misilsiz dəstək göstərən qardaş Türkiyə və Pakistan rəsmi şəkildə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmayacaqlarını elan ediblər!

Bu iki ölkəni xüsusi qabartmağım səbəbsiz deyil: 2020-ci ilin 10 noyabrında Ermənistanla atəşkəs razılaşması imzalanandan üzübəri, Azərbaycandakı Qərb şəbəkəsi aramsız olaraq o təbliğatı aparırdı ki, Türkiyə “Bayraktar”ları, Pakistan nüvə silahı ilə arxamızda durmuşdu, prezident İlham Əliyev Rusiya ilə savaş yolu seçməliydi, Türkiyə və Pakistanın iradəsi əleyhinə olaraq Azərbaycanın maraqlarını Rusiyaya satdı və s.

İndi yenə həmin şəbəkə və həmin adamlar çox aktiv şəkildə, guya, Ukraynanı, Zelenskini müdafiə adı altında Azərbaycan hakimiyyətini sərt tənqidə başlayıblar ki, niyə Əliyev Qərbin yanında yer almır, Rusiyaya qarşı sanksiylara qoşulmur, Putin əleyhinə qurulmuş ittifaqa dəstək vermir və s.

Bunu izah etmək istəyənləri isə dərhal sosial şəbəkələrdə təhqir edir, aşağılayırlar. Baxmayaraq ki, Türkiyənin də, Pakistanın da Rusiyaya qarşı cinahda yer almamasının səbəbini özləri çox yaxşı bilirlər, ancaq yenə də bu murdar və fitnəkar davranışlarından əl çəkmirlər.

Dostlar, bilin ki, onları Azərbaycanın maraqları düşündürmür və bu çağırışların hamısının arxasında Qərb xüsusi xidmət orqanlarının idarə etdiyi xain bir şəbəkənin məkrli niyyəti yatır: məqsəd cəmiyyətdə hakimiyyətə inamsızlıq yaradıb, onu etibarsızlaşdırmaq, gözdən salmaq, vətəndaş itaətsizliyi mühiti yaratmaqla içdə qarışıqlığın düşməsinə nail olmaq, son nəticədə də Azərbaycan ərazisini Qərbin əlində Rusiya və İrana qarşı yeni bir səngərə, cəbhəyə, savaş meydançasına çevirməkdir! Qoca Baydenin "Demokratiya Sammiti"ndən sonra bu niyyət daha açıq elan edilib və işin maliyyə təminatı da xeyli artırılıb, çoxu da ona görə həvəslənib.

Baxın, “demokratiya və insan hüquqları uğrunda mübarizə” adı altında təşkilatlanmış, əsasən xarici ölkələrdə məskunlaşmış və saxta profillərlə sosial şəbəkələri hörümçək toru kimi sarmış bu şəbəkənin ilk əsas işi onların mövqeyi ilə razılaşmayan, yalanlarını ifşa edən, cəmiyyətə alternativ fikirlər təqdim edən şəxsləri hədəf seçərək, söyüş-təhqirlərlə, kiberhücumlarla düşüncələrindən geri çəkilməyə və onların tezisləri, yönləndirdikləri istiqamət üzrə hərəkətə vadar etməkdir!

Kim bunlar kimi düşünmürsə, Qərbi bəşəriyyətin xilaskarı saymırsa, dərhal “ruspərəst”, “rüsbaş” ittihamları ilə təhqirə, aşağılanmaya məruz qalır. Halbuki araşdırdıqda, bəlli olur ki, çoxunun özü, dədə-babası, sülaləsi vaxtilə Rusiyanın ən murdar siyasətinin alətləri olublar! Dədə-babası vaxtilə rusa satılmışların övladları indi də Qərbin “5-ci kolon”u funksiyası yerinə yetirirlər!

Demokratiyanın ilk şərti – hüquq və əxlaq çərçivəsində ifadə olunan alternativ fikrə dözümlülükdür. İndi bizi fikrimizə görə linç edən bu şəbəkədə yer almışlar sabah hakimiyyətə gəlsələr, bu ölkəni qan gölünə çevirərlər!

Ölkəmizi bu təhlükələrdən qorumaq üçün onların bu arzusunu qorxaq gözlərində və xain qəlblərindəcə dəfn etmək gərək!

Bu xain şəbəkənin sərhədləri, çevrəsi heç vaxt indiki qədər dəqiq görünməmişdi! Səngərlər bu qədər aydın görünürsə, demək ki, savaş yaxındadır və qaçılmazdır!

Elxan Şükürlü

Xəbər 8395 dəfə oxunub.




15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +